İQTİSADİYYAT
RİTN-in saytında mətnin səsləndirilməsi funksiyası tətbiq edilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi internet saytında www.mincom.gov.az mətnlərin səsləndirilməsi funksiyası istifadəyə verilmişdir.
RİTN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin Dilmanc layihəsi çərçivəsində yaradılan sistem saytda Azərbaycan dilində yerləşdirilən məlumatların səsli versiyasını dinləməyə imkan verir. Mətnlərin səsləndirilməsi saytın səhifələrində yer alan “Səsləndir” düyməsi vasitəsilə həyata keçirilir. Mətnləri həmçinin mp3 faylı kimi yükləmək də mümkündür.
Yeni funksiyanın tətbiqi xüsusilə gözdən əlillər üçün əvəzsiz olacaq və onların rabitə və informasiya texnologiyaları sahəsində məlumatlandırılmasında xüsusi rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2024 [17:52]
® Qədim tarix, müxtəlif dad, əsl ləzzət
- 21.06.2024 [17:40]
Moskvada MDB İqtisadi Şurasının iclası olub
- 21.06.2024 [16:43]