Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanovdan

Möhtərəm İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycan iqtisadiyyat və dövlət quruculuğu sahəsində sanballı uğurlara nail olur, dünya siyasi arenasında layiqli yer tutur, mədəniyyət və idman sahələrində lider mövqelərini möhkəmləndirir. Bütün bunlar xalqınızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin siyasi kursunun düzgün olduğunu, Azərbaycan xalqının Sizin fəaliyyətinizi daim dəstəklədiyini göstərir. Rusiya cəmiyyəti Rusiya ilə Azərbaycanın xalqlarımızın zamanın sınağından keçmiş və İkinci Dünya müharibəsinin döyüş meydanlarında daha da möhkəmlənən qardaşlığına, dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanan dinamik və səmərəli əməkdaşlığını yüksək qiymətləndirir.

Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

İlyas Umaxanov

Rusiya Federal Məclisi Federasiya Şurasının

sədr müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin