RƏSMİ SƏNƏDLƏR
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və çiçəklənən Azərbaycanın təşəkkülü üçün böyük əhəmiyyət kəsb edir. Siz aydın baxışınız və sarsılmaz iradəniz sayəsində müasir dövrün çoxsaylı siyasi və iqtisadi çağırışlarını dəf edərək milli birliyin, mənəvi dəyərlərin möhkəmlənməsində, ölkədə siyasi sabitliyin və davamlı iqtisadi inkişafın təmin edilməsində çox böyük uğurlar qazanmısınız. Sizin Azərbaycan xalqına sədaqətiniz və öz ölkənizə ləyaqətlə xidmət etməyiniz dahi atanız Heydər Əliyevin işinin davamıdır.
Bu əlamətdar gündə Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq diləyirəm.
Səmimi hörmətlə,
İlyas Umaxanov
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini