Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyası Perm vilayətinin Solikamsk şəhərindəki Azərbaycan diasporunun sədri Uğur Əfəndiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ölkəmizdə keçirilən prezident seçkilərində qazandığınız möhtəşəm və tarixi qələbəniz münasibətilə Sizi Solikamsk şəhərindəki Azərbaycan diaspor təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Birliyimizin və həmrəyliyimizin əsasında Azərbaycan Respublikasının müstəqilliyi dayanır. Bu müstəqilliyin qorunması, inkişafı və dünya birliyində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Əminəm ki, Azərbaycan hər zaman Sizin rəhbərliyinizlə tərəqqi, quruculuq, sabitlik və müasirlik timsalı olacaqdır. Azərbaycan Sizinlə güclü, Sizinlə qüdrətlidir. Respublikamızda sabitliyin davamlı olması naminə Sizə tükənməz enerji və məqsədyönlü işlərinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

Uğur Əfəndiyev

Rusiya Federasiyası Perm vilayətinin Solikamsk

şəhərindəki Azərbaycan diasporunun sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin