Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Sizi və Rusiyanın dost xalqını dövlət bayramınız - Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda və beynəlxalq proseslərdə öz mövqeyinin və rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb.
Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir və möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik və həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək.
Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyun 2015-ci il.