Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ

Hörmətli Vladimir Vladimiroviç,

Moskvanın mərkəzində antiterror əməliyyatı aparılarkən çoxsaylı insan tələfatı olması xəbəri məni dərindən sarsıtdı.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına ürəkdən başsağlığı verir, yaralanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin