Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rza Bayramov: Hazırda muzeydə maestroya aid 6500-dək eksponat qorunur

Bakı, 12 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC

Harada yerləşməsindən asılı olmayaraq muzeylər tarixin müəyyən mərhələlərini özündə yaşadır. Mahiyyətcə müxtəlif təmayüllü olan muzeylərin mövcudluğunun özü də bir tarixdir. Maestronun adını daşıyan mənzil muzeyi də bu missiyanı yerinə yetirir. 30 ilə yaxındır ki, muzey kimi fəaliyyət göstərən bu ocaq xalqımızın mənəvi xəzinəsi və böyük musiqi xadimlərindən sayılan böyük şəxsiyyət Niyazinin mükəmməl yaradıcılığının mühafizəkarına çevrilib. Maestro bu mənzildə 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb, yaradıb. Muzeyə daxil olarkən sanki maestro özü səni qarşılayır. Sənətkarın divardan asılan böyük tablosuna salam vermədən keçmək olmur. Bir anlıq bu möhtəşəm tablonun önündə dayanıb qürurlanmamaq, onunla eyni millətin övladı olmağına fəxr etməmək də mümkünsüzdü. İnsan bura daxil olanda qəribə hislər keçirir. Çünki burada Niyazinin nəfəsi duyulur, onun böyüklüyü və dahiliyi bir daha hiss edilir. Bu tarixi məkanla daha yaxından tanış olmaq üçün Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramovla həmsöhbət olduq.

-Rza müəllim, əvvəlcə muzeyin yaranma tarixindən danışaq.

-1990-cı il oktyabrın 3-də Azərbaycan SSR Nazirlər Soveti bir sıra görkəmli mədəniyyət xadimlərinin, o cümlədən Niyazinin mənzil muzeyinin yaradılması haqqında qərar qəbul edib. Bu qərara əsasən Mədəniyyət Nazirliyi kollegiyasının 1990-cı il dekabrın 28-də verdiyi qərarla Niyazinin mənzil muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərməyə başlayır. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrə olduğu kimi, mədəniyyətə, muzeylərimizə diqqət, qayğı daha da artdı və yeni muzeylərin açılışı gündəmə gəlir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan maestro Niyazinin mənzil muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də gerçəkləşdi. Açılışda mədəniyyət və elm xadimlərinə həsr olunmuş ev muzeylərinin yaradılmasının təməlini qoymuş ulu öndər Heydər Əliyev şəxsən iştirak edib. Öz çıxışında böyük sənətkarın xatirəsini yad edərək Niyazinin ev muzeyinin açılışını musiqi mədəniyyətimiz üçün çox mühüm hadisə kimi qiymətləndirərək muzeyin “Qonaqlar” kitabına ürək sözlərini də yazıb.

-Hazırda muzey fəaliyyətini Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində necə qurub?

- Niyazinin mənzil muzeyinin əsas vəzifəsi maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıtmaqdır. Məlum olduğu kimi, muzey – maddi və mənəvi abidələrin toplanması, mühafizəsi, tədqiqi, təbliği və nümayişi ilə məşğul olan elmi-maarif müəssisəsidir. Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Niyazinin mənzil muzeyi yaradılarkən əldə olunmuş materialların sayı 4707 ədəd olub. Hazırda muzeydə 6500-dək eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramvalları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Milli Tarixi Muzeyində 273 ədəd, S.Mümtaz adına Azərbaycan Dövlət İncəsənət və Ədəbiyyat Arxivində 1604 qovluqda 4905 ədəd, Mərkəzi Dövlət Səsyazmaları Arxivində 214 ədəd saxlanılır. Ümumiyyətlə, muzeyimiz Niyazi arxivinin zənginləşdirilməsi, təbliği və tədqiqi işini həmişə diqqət mərkəzində saxlayır.

- Maestroya aid materialların toplanması və muzeyə gətirilməsi istiqamətində hansı işlər görülür?

- Son iki il ərzində tərəfimizdən Niyazi yaradıcılığına aid bir çox materiallar əldə edilib. Bunlar əsasən fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, rəsm əsərləri, DVD və CD disklərdir. Təkcə 2016-cı ildə əldə olunmuş materialların sayı 72 ədəd olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görüb. Bu sahə həmişə muzey əməkdaşlarının diqqət mərkəzindədir.

- Muzey arxivləri ilə ictimaiyyətin tanışlığı üçün əməkdaşlarınız tərəfindən məqsədyönlü işlər aparılırmı?

-Təbii ki, gördüyümüz işlər var və biz bu yöndə fəaliyyətimizi davam etdiririk. Deyə bilərəm ki, “Piano üçün pyeslər” not kitabı və bu kitaba daxil olan əsərlərin CD diski də tərəfimizdən hazırlanaraq ərsəyə gəlib . Niyazinin mənzil muzeyinin bukleti Azərbaycan və rus dillərində çap edilib. Bundan əlavə, çap edilən “Təsviri sənət əsərləri Niyazinin mənzil muzeyində” açıqca dəstini deyə bilərəm ki, bura muzeydə saxlanılan görkəmli təsviri sənət ustalarının Niyazi ilə bağlı 16 əsəri daxildir. Eyni zamanda, “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı kataloqunu (burada Niyazinin not əlyazmaları, sənədlər, proqramlar və afişaların siyahısı fotoşəkillərlə birgə təqdim olunur) göstərmək olar. Qeyd etmək lazımdır ki, bu işlərdə Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə rəhbərliyi və maddi dəstəyi də önəmli rol oynayır. Muzeydə vaxtaşırı ölkəmizin musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunmuş tədbirlər, Niyazinin xatirə gecələri, sərgilər təşkil olunur. Gördüyümüz bütün işlər Niyazi yaradıcılığının təbliğinə yönəlib.

-Bu gün muzeyə elmi-tədqiqat işləri üçün müraciət edənlər varmı?

-Əvvəla onu deyim ki, hər zaman Niyazinin fond materiallarından istifadə üçün muzeyə müraciət edən hər bir şəxsə, təşkilata, elm və mədəniyyət müəssisələrinin nümayəndələrinə film, o cümlədən veriliş çəkilişi üçün müraciət edən televiziya şirkətlərinə müvafiq qaydada imkanlar yaradılıb. Muzeyimizə mütəmadi olaraq arxivlərimizdən istifadə etməklə tədqiqat işləri aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri- bəstəkarlar, musiqişünaslar, ali təhsil ocaqlarının magistr və tələbələri müraciətlər edirlər. Eyni zamanda, hər il adı çəkilən tədris ocaqlarının tələbələri muzeydə tədris təcrübəsi keçirlər.

-Rza müəllim, dünya musiqisinin tanınmış simaları- dirijorlar, bəstəkarlar ölkəmizə səfərə gələndə həmkarlarını yad eləməkdən ötəri muzeyə gəlirlərmi?

-Əlbəttə ki, gəlirlər. Son dövrlərdə muzeyimizi ziyarət etmiş məşhur musiqiçilərdən dünya şöhrətli dirijor Yuri Temirkanov və SSRİ Xalq artisti Tamara Sinyavskayanı xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Türkiyənin məşhur dirijoru Gürer Aykal, məşhur pianoçu İdil Biret, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru M.A Brızqalov, görkəmli dirijor, Belarusun Xalq Artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç, Latviyanın tanınmış dirijoru Andris Vekumnieks və başqalarını göstərmək olar. Ən son qonağımız Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral olub. Əminliklə deyə bilərəm ki, Niyazinin mənzil muzeyi mövcud olduqca Azərbaycan xalqının yüksək musiqi mədəniyyətinə, incəsənətə malik olduğunu təbliğ edəcək və Niyazi irsinin gələcək nəsillərə çatdırılması naminə daim fəaliyyətdə olan canlı təşkilat statusunu qoruyub saxlayacaq.

-Maraqlı müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb VİDEO

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb