REGİONLAR
Sabirabadda nəqliyyat üzrə sərnişinlərə xidmətin həcmi 21,9 faiz artıb
Sabirabad, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda cari ilin yanvar-may aylarında fiziki şəxslər də daxil olmaqla avtomobil nəqliyyat vasitəsilə 312 min ton yük daşınıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 min ton və ya 3 faiz çox olub. Avtomobil nəqliyyatı ilə 3 milyon 272 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 588 min sərnişin və ya 21,9 faiz çox təşkil edib.
İmişli rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında nəqliyyat müəssisələrində işləyən işçilərin orta sayı 89 nəfər, hesablanmış əməkhaqqı fondu 143 min 71 manat olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta sayında dəyişiklik olmayıb, əməkhaqqı fondu isə 15 min 622 manat çox olub. İyunun 1-nə nəqliyyat müəssisələrində işləyən işçilərin orta aylıq əməkhaqqı 322 manat qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 manat artım deməkdir.