CƏMİYYƏT
Sabunçu rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində altı nəfər ölüb
Bakı, 3 sentyabr (AZƏRTAC). Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 3-də gecə saat 2 radələrində bu rayonun Zabrat qəsəbəsində Bakı şəhər sakini Hafiz Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil sürücüsü hələlik məlum olmayan “VAZ-2106” markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobildə olan 6 nəfər ölüb, H.Quliyev və onun maşınında olan sərnişin Nizami Gülməmmədov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.