CƏMİYYƏT
“Sağlam ailə modelini formalaşdıraq” layihəsi çərçivəsində təlim-seminarlar
Bakı, 28 avqust (AZƏRTAC). “Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyi “Sağlam ailə modelini formalaşdıraq!” layihəsi çərçivəsində Şirvan, Hacıqabul, Ucar, Kürdəmir, Yevlax və Bərdə rayonlarının hər birində 16-70 yaş arası qadın və qızlar üçün, 18-70 yaş arası oğlan və kişilər üçün nikah müqaviləsinin mütləqiyyət tərtibatı problemlərini müəyyən etmək və yaranmış çətinliklərin həll olunma strategiyasının işlənməsi məqsədilə 6 təlim-seminar keçirib.
Layihənin rəhbəri İsgəndər Ağakişiyev AZƏRTAC-a bildirib ki, bu fəaliyyət dövründə əhali arasında sosioloji sorğu keçirilib, nikah müqaviləsinə aid olan rəy və təkliflər öyrənilib. Sorğunun nəticələri xüsusi məruzə (hesabatda) çap olunaraq, qanunverici, dövlət strukturları, KİV, qeydiyyat şöbələri və məhkəmə nümayəndələrinin arasında yayılıb.
Anketləşmə paytaxt Bakı ilə yanaşı, Şirvan, Hacıqabul, Ucar Kürdəmir, Yevlax və Bərdə rayonlarında da keçirilib.