İQTİSADİYYAT
Sahib Məmmədov: Bu günədək 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb
Bakı, 6 mart, Pərvanə Rəhimova, AZƏRTAC
Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının prioritet sahə olduğunu xatırladan nazir müavini bildirib ki, hazırda bu sahənin inkişafı üçün müxtəlif güzəştli biznes kreditlər təklif edilir. “2017-ci il ərzində 1953 sahibkara 146 milyon manat güzəştli kredit ayrılıb. Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Bu isə Azərbaycanda artıq geniş sahibkar ordusunun formalaşmasından xəbər verir”, - deyə Sahib Məmmədov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]