Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sahibə Qafarova: Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq aləmdə rəğbət və dəstək qazanıb VİDEO

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. Əlliyə yaxın ölkədən 200-dək nümayəndənin iştirak etdiyi təsis iclasını Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova açıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, açılış çıxışında iclas iştirakçılarını salamlayan Sahibə Qafarova deyib: “Biz bu gün 60 il ərzində araşdırılmamış qalan bir ölçünün – üzv ölkələr arasında əməkdaşlığın parlament ölçüsünün əsasını qoyuruq. Altmış il əvvəl bu forumu yaradan Qoşulmama Hərəkatının təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına səbəb olub”.

Milli Məclisin sədri qeyd edib ki, hazırda bəşəriyyət son dərəcə çətin günlərdən keçir. Ayrı-seçkiliyin, irqçiliyin və ksenofobiyanın, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması, hələ də davam edən COVID-19 pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı çağırışlar bütün dünyada səylərin multikulturalizm, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər olunmasını zəruri edir.

İclasda Sahibə Qafarova COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində Qoşulmama Hərəkatı adından qurumun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü uğurlu qlobal təşəbbüsləri xatırladıb, həmin təşəbbüslərin beynəlxalq aləmdə rəğbət və dəstək qazandığını qeyd edib.

Bildirilib ki, COVID-19 böhranı ilə əlaqədar Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə Toplantısının təşkili, pandemiya ilə mübarizədə təşkilata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, koronavirusla bağlı vəziyyətin müzakirəsi üçün BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması, həmçinin BMT-nin İnsan Hüquqları Şurası tərəfindən bütün ölkələr üçün COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi haqqında qətnamənin qəbul edilməsi görülən tədbirlərdən yalnız bir neçə nümunədir. Sahibə Qafarova qeyd edib ki, cari il noyabrın 17-də Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assambleyasının üçüncü komitəsi səs çoxluğu ilə COVID-19-a qarşı vaksinlərin ədalətsiz paylanmasına dair qətnaməni qəbul edib.

S.Qafarova vurğulayıb ki, COVID-19 pandemiyasının nəticələri üzləşdiyimiz çağırışların çox sürətlə və dəfələrlə arta bildiyini bir daha nümayiş etdirdi. Qarşılaşdığımız vəziyyət ölkələrimizin icra və qanunvericilik hakimiyyəti qolları arasında həmrəylik və əməkdaşlıq ruhunu qorumağın vacibliyini önə çıxarıb. Parlamentlər COVID-19 pandemiyası yayılandan etibarən onun əhaliyə mənfi təsirlərini aradan qaldırmaq üçün qanunlar qəbul ediblər, beləliklə də hökumətin müvafiq cavab tədbirləri görə bilməsi təmin olunub.

Milli Məclisin sədri hazırkı taleyüklü beynəlxalq vəziyyətdə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarilərinin öz ölkələrindəki icra hakimiyyətlərinin səylərinə beynəlxalq səviyyədə töhfə vermələrinin vacibliyini qeyd edib. O, Qoşulmama Hərəkatının prinsip və dəyərlərini möhkəmləndirməyin və təşviq etməyin zəruriliyini vurğulayıb. Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş Zirvə Görüşündə dövlət və hökumət başçıları Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri ilə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarilərin mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, bu gün təsis olunan Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində bəyannamə sənədlərinə uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşdirilməsinə parlament dəstəyi verəcək. Bu təsisat hamımızı narahat edən məsələlərin həllinə parlament töhfəsini verməkdə forum rolunu oynayacaq. Çoxtərəfliliyin yayılması üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq. Tədbirdə Sahibə Qafarova vurğulayıb ki, bu Şəbəkə qeyd olunan dəyərlərə və missiyalara xidmət etməklə yanaşı, digər beynəlxalq parlament strukturları ilə, o cümlədən Parlamentlərarası İttifaqla davamlı əlaqələr yaradacaq. Qeyd olunub ki, Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək.

Çıxışının yekununda Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin prosedur sənədləri və iş üsulları haqqında məlumat verib, iclasın işinə uğurlar arzulayıb.

Sonra təsis iclası Milli Məclisin sədri Sahibə Qafarovanın moderatorluğu ilə davam edib.

İclasda çıxış edən Parlamentlərarası İttifaqın sədri Duarte Poçeko deyib: “Biz təcrübələrimizi bölüşməli, ikitərəfli əlaqələrimizi daha da genişləndirməliyik. Qlobal problemləri birlikdə dəyərləndirməli və onların həlli yollarını birlikdə tapmalıyıq. Bu baxımdan Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması əlavə bir imkandır. Bu, dialoq, əməkdaşlıq, demokratiyanın gücləndirilməsi üçün yeni platformadır”.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunkonq isə çıxışında deyib ki, Parlamentlər Şəbəkəsi bəşəriyyətdə sülhün və sabitliyin bərqərar olmasına töhfəsini verəcək. Xüsusilə bütün dünyanın COVID–19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qanunverici orqanlar arasında dialoqun intensivləşdirilməsinə, parlament diplomatiyasının gücündən istifadə edərək ortaq qərarlar qəbul olunmasına xüsusi ehtiyac var. Bu baxımdan o, Parlamentlər Şəbəkəsinin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop çıxış edərək artıq 60 ildir mövcud olan və üzvlərinin sayı 120-yə çatan Qoşulmama Hərəkatının beynəlxalq ədalətin, sülhün təmin edilməsi baxımından çox böyük potensiala malik olduğunu vurğulayıb. TBMM-in sədri Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin təbliği istiqamətində atılan addımların təşkilatı daha da gücləndirəcəyinə inandığını vurğulayıb. Mustafa Şentop davam etməkdə olan COVID-19 pandemiyasının dünyada hökm sürən ədalətsizlikləri bir daha gözlər önünə sərdiyini bildirib və yeni təsis olunan Parlamentlər Şəbəkəsinin əməkdaşlığı daha da dərinləşdirəcəyinə inandığını söyləyib.

Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər hazırda bütün dünya, o cümlədən demokratik dəyərlərin bir sıra təhdidlərlə üz-üzə qaldığını, bu qlobal problemlərin həlli üçün parlamentlərarası dialoqun genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Deyib ki, Qoşulmama Hərəkatının yeni təsis edilən Parlamentlər Şəbəkəsi bəşəriyyəti təhdid edən çağırışların həlli istiqamətində ən önəmli platformalardan biri olacaq.

Daha sonra İndoneziya Nümayəndələr Şurasının sədri Puan Maharani, Namibiya Milli Assambleyasının sədri Peter Katjavivi, Nepal Nümayəndələr Palatasının sədri Aqni Prasad Sapkota, Mərakeş Krallığı Parlamentinin sədri Enaam Mayara, İran parlamentinin vitse-spikeri Əli Nikzad, Yəmən Respublikasının vitse spikeri Məhəmməd Əli Əl-Şadadi, Misir Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Kərim Abdelkərim Dərviş, Hindistan Parlamentinin üzvü Sanjay Jaisval, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasınını baş katibi Asəf Hacıyev və Kuba Milli Assambleyası Xarici Əlaqələr komitəsinin rəhbəri Yolanda Ferrer Qomez çıxış edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasının vacibliyini vurğulayıb, təşkilata uğurlar arzulayıblar.

İclasın sonunda Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsinə dair Madrid Bəyannaməsi qəbul olunub.

Sahibə Qafarova: Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq aləmdə rəğbət və dəstək qazanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar