İQTİSADİYYAT
Şahin Mustafayev: Qablaşdırma üzrə ixtisaslaşan müəssisələr üçün müvafiq şərait yaradılacaq
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycanda müəyyən məhsulların qablaşdırılması sahəsində uğurlar əldə edilib, bu yöndə idxaldan asılılıq hazırda kifayət qədər aşağıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev fevralın 14-də nazirliyin təşkilatçılığı ilə keçirilən “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.
Ş. Mustafayev diqqətə çatdırıb ki, yaranan sənaye zonaları və parklarında qablaşdırma üzrə ixtisaslaşan müəssisələr üçün müvafiq şərait yaradılacaq, onlara lazımi dəstək göstəriləcək, güzəştli kreditlər ayrılacaq. “Çünki rəqabətqabiliyyətli məhsulların istehsalı ilə yanaşı, onların tərtibi də çox böyük önəm daşıyır. Hesab edirəm ki, bu sahədə bizim görəcəyimiz işlər çoxdur”.