İDMAN
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimovun xatirə turnirində ilk qələbəsini qazanıb [YENİLƏNİB]
Rusiyalı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli Sou, fransalı Maksim Vaşye-Laqrav isə hindistanlı Vişvanatan Anand ilə heç-heçə edib.
X X X
20:14
Şəmkir, 18 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2015” turnirinin ikinci turu davam edir.
AZƏRTAC xəbər verir ki, bu turda ağ fiqurlarla oynayan dünya çempionu Maqnus Karlsen Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarova qalib gəlib. Norveçli şahmatçı 29-cu gedişdə qələbəni bayram edib. Böyük britaniyalı Maykl Adams italyan Fabiano Karuana ilə 26-cı gedişdə heç-heçəyə razılaşıb.
Hazırda Vladimir Kramnik (Rusiya) – Uesli Sou (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) – Vişvanatan Anand (Hindistan), Aniş Giri (Niderland) – Rauf Məmmədov (Azərbaycan) partiyaları davam edir.
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]