İDMAN
Şahmatçımız Qran-Pri turnirinin birinci mərhələsində mübarizə aparacaq
Bakı, 24 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin birinci mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında iyunun 24-dən 28-dək keçiriləcək Qran-Prinin birinci mərhələsində 16 şahmatçı mübarizə aparacaq. Azərbaycan şahmatçısı Günay Məmmədzadənin ilk rəqibi rusiyalı Aleksandra Kostenyuk olacaq.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]