MƏDƏNİYYƏT
Salyanlı şagirdlər tur-aksiyanın təşkilindən razılıq edirlər
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti İlkin Kərimov tur-aksiya ilə bağlı dedi: “Bu mühüm tədbirin iştirakçıları dörd gün ərzində Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Bizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq”.
Tur-aksiyanın digər iştirakçıları-rayon təhsil şöbəsinin metodisti Emin Məlikov, Salyan şəhər 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Zərxanım Ağabəyova, Yuxarı Noxudlu kənd tam orta məktəbinin IX sinif şagirdi Ayişən Səfərəliyeva və başqaları da ekskursiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Mərasim başa çatdıqdan sonra meydana toplaşanların xeyir-duası ilə avtobus Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində yola düşdü.