Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şamil Sabiroğlu: Xocalı sakinləri şəhərin azad olunmasında müstəsna xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər

Şamil Sabiroğlu: Xocalı sakinləri şəhərin azad olunmasında müstəsna xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər

Bakı, 22 oktyabr, AZƏRTAC

2003-cü il oktyabrın 15-i Azərbaycan Prezidenti seçilən İlham Əliyevin 20 il ərzində Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar bəhrəsini verdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Qarabağın işğal edilən ərazilərinin böyük əksəriyyəti düşmən tapdağından azad olundu. Bu il sentyabrın 19-20-da aparılan lokal antiterror tədbirləri zamanı isə Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrin tərksilah edilməsi məsələsi həllini tapdı. Qarabağda yaşamış ermənilərə təklif olundu ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. İlham Əliyevin dövlət başçısı seçilməsinin iyirminci ildönümü günündə Xankəndi, Xocalı şəhərlərinə, Xocalı rayonunun Əsgəran və Kərkicahan qəsəbələrinə, həmçinin Ağdərə rayonunun ərazisindəki “Sərsəng” Su Anbarına Azərbaycanın ay-ulduzlu bayrağı sancıldı. Beləliklə də, düşmən tapdağındakı ərazilərimiz separatçılardan tam xilas olundu.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu Xocalı şəhərinin azadlığa qovuşması ilə bağlı AZƏRTAC-ın müxbirinə fikirlərini bölüşüb.

Bayrağımızın Xocalıda ucaltması bütün xocalıları qürurlandırıb

Şamil Sabiroğlunun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Əsgəran qalasında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bütün xocalıları xüsusilə qürurlandırıb. Rəhbərlik etdiyi təşkilatın fəalları məlum soyqırımın tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirir. Onunla ünsiyyətlə olan insanlar Xocalı şəhərlərinin azad olunmasına görə sevindiklərini bildirirlər. Eləcə də Ermənistan ordusu üzərində tarixi qələbənin qazanılmasında və işğal olunan ərazilərin düşmənlərdən təmizlənməsində müstəsna xidmətləri olan Prezident İlham Əliyevə mətbuat vasitəsilə Xocalı rayon sakinləri adından xüsusi minnətdarlıqlarını çatdırılmasını xahiş edirlər. Onların arasında Azərbaycanın Milli qəhrəmanlarının yaxınları, övladları, həmçinin şəhidlərin həyat yoldaşları və övladları, Xocalı soyqırımı zamanı doğmalarını itirmişlər və başqaları var.

O, xatırladıb ki, erməni silahlı birləşmələri Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal edib. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Şəhərə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Erməni silahlıları Xocalı şəhərini yerlə yeksan ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Ümumiyyətlə erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Yeddi min əhalisi olan Xocalı şəhəri Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıda olub.

Xocalı şəhərində Azərbaycan Bayrağının dalğalanması faciə qurbanlarının qanının yerdə qalmadığını göstərir

Xocalı rayonunun Əsgəran qəsəbəsi isə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə tikilən Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədədir. Lakin şəhər 31 il sonra 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi qeyd edib ki, Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyədək qalmaqdadır. Xocalının yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və sair tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim eradan əvvəl 807-788-ci illər) adı yazılıb. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, iki orta məktəb və iki natamam orta məktəb vardı. Son illərdə baş vermiş hadisələrlə əlaqədar Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 Məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdı.

Xocalı soyqırımı gözlərim önündə baş verib

“Xocalı soyqırımı mənim gözlərim önündə baş verib. O zaman Bakıda nəşr edilən “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri idim. 1991-ci il noyabrın 1-dən etibarən indiki Əsgəran qəsəbəsində beton plitələrlə magistral yolu bağlayan erməni terrorçuları Xocalı və Şuşa istiqamətində yola nəzarəti tam ələ keçirmişdilər. Qəzetlərdə dəfələrlə qeyd etmişdim ki, Ağdam-Əsgəran-Xocalı-Şuşa yolu açılmasa vəziyyət çox gərgin olacaq. Təəssüflər olsun ki, o zamankı Rusiya rəhbərləri erməni terrorçularını müdafiə edirdilər. Soyqırımı baş verən gecə biz Ağdamdaydıq. Gecə saat 11-11:30 radələrində Ağdam rayonunun Şelli kəndi - Qaraqaya istiqamətindən gələn xocalıları qarşıladıq. Dəhşətli mənzərə idi: qarlı-şaxtalı havada insanların çoxu başıaçıq, ayaqyalın idi. Biz, ertəsi gün daha irəli hərəkət etdik, meşələrdə inləyən yaralıları xilas etdik, həmçinin meyitlərin Ağdam məscidinə gətirilməsinə yardımçı olduq. Dəfələrlə söyləmişəm: Biz, Ağdamda olan könüllü döyüşçülərə, rayon əhalisinə, həmçinin cəsur komandir Allahverdi Bağırovun rəhbərlik etdiyi taborun şəxsi heyətinə minnətdar olmalıyıq.

Çünki onlar sağ qalan xocalıların xilas edilməsinə çalışdılar. Fevralın 26-sı axşam Ağdam Rayon Rabitə Qovşağı vasitəsilə redaksiya rəhbərliyi ilə əlaqə saxladım. Baş verən faciə barədə məlumat verdim. Ertəsi gün “Səhər”in sərlövhəsində Xocalı şəhərinin işğal olunması barədə məlumat dərc edildi. O zamankı Azərbaycan hakimiyyəti bizi qınadı. Çünki rəsmi xəbərdə cəmi iki nəfərin öldüyü, Xocalının işğal edilmədiyi bildirilmişdi. Mən Əsgəran istiqamətində və Ağdamda lentə alınan bəzi fotoları Bakıya göndərdim. Qısa müddətdə Azərbaycan ictimaiyyəti həqiqətən də Xocalının işğal edilməsi barədə məlumat aldı”, - deyə müharibə veteranı vurğulayıb.

Xocalı qətliamı qurbanlarının qisası alındı

Jurnalist Şamil Sabiroğlu deyib ki, tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümündə - hər il fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsinin önündə böyük izdiham yaşanır. Minlərlə insan, o cümlədən Qarabağ müharibəsi veteranları, hər yaşda olan insanlar, Xocalı sakinləri, məktəblilər abidənin önündən keçərək faciə qurbanlarının xatirəsini sonsuz kədər hissi ilə anırlar. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bu dəhşətli faciəyə, bəşəri cinayətə yönəltməkdir. Dünyanın gözü qarşısında baş vermiş bu qətliam beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalıdır. Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərininbeynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.

Hazırda kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli Ordumuz üç il əvvəl Qarabağı düşməndən azad edib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qisası alındı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasında olub

Sertifikasiya imtahanında 13 riyaziyyat müəllimi maksimum nəticə göstərib

Qırğızıstanın Azərbaycandakı səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır

Ana və qızları müəllimlərin sertifikasiyası imtahanında yüksək bal topladı

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Bu gün müəllimlərin sertifikasiyası imtahanında 8 580 nəfər iştirak edib

Pedaqoji Universitetin magistraturasına 30 ixtisaslaşma üzrə qəbul aparılır

Lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib

® Qədim tarix, müxtəlif dad, əsl ləzzət

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum olub

BDU-nun gənc tədqiqatçısı ABŞ-da azometin törəməsinin antibakterial təsirinə dair çıxış edib

Fransada parlament seçkiləri: ifrat sağçılar öndədir - Sorğu

AQTA sədri Göyçayda vətəndaşları qəbul edəcək

Naxçıvanda bütün müəllimlər sertifikatlaşdırma imtahanından uğurla keçib

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib

“Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar” monoqrafiyası çapdan çıxıb

Moskvada MDB İqtisadi Şurasının iclası olub

İnstitutun elmi jurnalının “Scopus” bazasında təsir əmsalı açıqlanıb

“Qəbələ” klubu serbiyalı məşqçi ilə müqavilə imzalayıb

“TRT Avaz” Şuşa şəhərinin bərpası və rekonstruksiyası haqqında reportaj hazırlayıb

Azərbaycanın 3 güləşçisi Dünya Seriyasının Fransa mərhələsində mübarizə aparacaq

Nazir müavini: Əlaqələndirmə komitələrinin fəaliyyəti formal xarakter daşımamalıdır

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Neftçi” Azərbaycan millisinin üzvü ilə yollarını ayırıb

Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanılıb

® “Unibank” və AZAL-dan kampaniya: Təyyarə biletini al, 6 ayadək faizsiz ödə!

Sumqayıtda üç nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMU-da imtahan sessiyası davam edir

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Məsumə Əliyeva

DİM magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb

Azərbaycan, İran və Rusiya arasında avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

Magistraturaya qəbul imtahanında bu il 24 min 858 bakalavr iştirak edib

Baş hakim: Məqsədimiz bölgələrdə gimnastikanı daha da inkişaf etdirməkdir

Qazaxıstanın nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi fəxri xiyabanı ziyarət edib

Bu il magistraturaya qəbul imtahanında 44 nəfər 90 və daha yuxarı bal toplayıb

Azərbaycan alimlərinin “Tətbiqi mexanika” dərs vəsaiti beynəlxalq müsabiqənin laureatı seçilib

Baş prokuror Bakının Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyib

Şamaxıda gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

“COP29-a həsr olunmuş Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçıları Zəngilan məscidində və “Ağalı” hotelində olublar VİDEO

Kənd təsərrüfatı naziri Astarada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Nərminə Həsənli: Blogerlik insanları mütaliəyə cəlb etməkdə mənə kömək edir

“Antiqona” tamaşası növbəti dəfə nümayiş olunacaq

Müəllimlər imtahandan sonra təəssüratlarını bölüşdülər: Kurikulum sualları çətin idi

Mil-Muğan regionu üzrə 450-yə yaxın müəllim sertifikatlaşdırma imtahanında iştirak edib VİDEO

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ombudsman: Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalıdır

Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı son 7 ildə 45,4 faiz artıb

IOTA-ya prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası üçün daha çox dəstək alacaq

Əziz Ələkbərli: Biz tarixi torpaqlarımıza qayıtmaqda qərarlıyıq

Daxili İşlər Nazirliyinin Hərbi İnstitutunda məzunların növbəti buraxılışı olub

Azərbaycanı Avropa çempionatında təmsil edəcək yeniyetmə boksçular açıqlanıb

Neftçalada aerobika gimnastikası üzrə ölkə çempionatı başa çatıb, qaliblər mükafatlandırılıblar

Çində leysan səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb VİDEO

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək

Türk Dövlətləri Təşkilatının böyük güc mərkəzinə çevriləcəyi qaçılmazdır ŞƏRH

BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı başa çatıb

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb

Dövlət Komissiyası: İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan iki erməni hərbçinin meyitlərinin qalıqları qarşı tərəfə verilib

Yeniyetmə voleybolçular Xaçmaz Olimpiya İdman Kompleksində yarışırlar

ÜST dünyada vəbaya yoluxma hallarının artmasından narahatdır

Tovuzda zəncirvarı qəza olub, 1 nəfər ölüb VİDEO

Moldova Prezidenti Aİ-yə üzvlüklə bağlı fərman imzalayıb

Saray və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb VİDEO

“Fənərbağça” ilk transferini reallaşdırıb, kapitanı ilə müqaviləni uzadıb

Lənkəran gəncləri Qərbi Azərbaycan həqiqətləri mövzusunda məlumatlandırılıblar

Əlcəzairdə Şuşa haqqında kitab çapdan çıxıb

“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Mingəçevirdə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

ETX alış-satış platformalarındakı dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edir

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilir 

Yeniyetmə gimnast: Böyüklər arasında ilk yarışım uğurlu alındı

BDU-ya 1400-dən çox magistrantın qəbulu proqnozlaşdırılır

Güclü küləyin bir neçə avtomobil yolunda yaratdığı problem aradan qaldırılıb