San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzidən Roberto Venturinidən
Zati-aliləri,
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqına tərəqqi və firavanlıq arzularımızı çatdırmaq istərdik.
Zati-aliləri, ən yüksək ehtiramlarımızı qəbul etməyinizi xahiş edirik.
Hörmətlə,
Andrea Belluzi
Roberto Venturini
San-Marino Respublikasının Kapitan-Regentləri