Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sayalı Sadıqova: Heç kim “əyləc” demir, hamı “tormoz” deyir - MÜSAHİBƏ

Sayalı Sadıqova: Heç kim “əyləc” demir, hamı “tormoz” deyir -  MÜSAHİBƏ

Bakı, 23 oktyabr, AZƏRTAC

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova AZƏRTAC-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

Termin yaradıcılığı: daxili imkanlar, yoxsa alınma sözlər

- Dilimizdə alınma terminlərin istifadəsində problemlər müşahidə olunur. Bu barədə nə düşünürsünüz? Əsasən hansı sahələrdə problemlərə rast gəlinir?

- Terminlərin istifadəsində terminologiya sahəsində müəyyən problemlər var. Elmlərin inkişafı ilə bağlı yeni anlayışlar yaranır. Onların qarşılıqlarını müəyyənləşdirmək uzunmüddətli prosesdir. Yeni kəşf varsa, məsələn, “sayt”, “feysbuk”, biz bunları dünyada necə varsa, elə də işlədirik. Əsas problem məişətdə lüzumsuz alınma sözlərin işlənməsidir.

- Lüzumsuz alınmalar dedikdə nə nəzərdə tutursunuz?

- Məsələn, dilimizdə “soyuducu” sözü olduğu halda, məişət dilində “xolodilnik”, yaxud da “sürücü”nü “şofer”, “dayanacağ”ı “ostanovka” deyirlər.

- Sizcə, bu meyil nədən qaynaqlanır?

- Məişət leksikasında şifahi dildə bu sözlər işlənir, lakin yazılı dilə təsir etmir. Ancaq şifahi dildə bu alınmaların işlənməsi çox mühüm problem yaradır. Bu, dilin dərinliklərini bilməməkdən, dilin incəliklərinin hərtərəfli öyrənilməməsindən irəli gəlir. Zəngin söz ehtiyatı olan şəxslər milli dildə olan sözləri istifadə edəcəklər. Ancaq gündəlik məişətdə alınmaları olduğu kimi istifadə edirlər, ona görə də bu, məişət dilində bir növ anlaşılmazlıq yaradır. Məişət leksikasında bir çox sözlərin qarşılığı var. Məsələn, heç kim “əyləc” demir, hamı “tormoz” deyir. Avtonəqliyyat sahəsində bir çox terminlərin hamısının qarşılığı var. Ancaq onlar mütəxəssislər arasında ədəbi dildə düzgün işlənsə də, məişət leksikasında lüzumsuz alınmalar işlənir. Bunlara qarşı mübarizə aparmaq lazımdır.

- Adətən hansı sahələrdə terminlərin sayı artır, yenilənir?

- Elmin hansı sahəsi daha sürətlə inkişaf edirsə, o sahədə tələbata uyğun olaraq yeni anlayışlar yaranır. Məsələn, iqtisadiyyat, hərb, tibb sahəsində bu daha çox özünü qabarıq göstərir.

- Bir terminin dilimizə uyğunlaşması nə qədər müddət tələb edir?

- Terminlərin uyğunlaşmasının nəzəri prinsipləri var. Terminlər alınan zaman birinci növbədə alınmaların işlənməsinə baxılır. Məsələn, “kompüter” ingilis dilində necə yazılır. Hər dilin özünün səs sistemi var. Azərbaycan dilinin öz hərfləri və ona uyğun olaraq transliterasiya olunur. Transliterasiya zamanı Azərbaycan dilinin bütün qanunauyğunluqları götürülür. Məsələn, elə alınma sözlər var ki, onlar 5-6 il müddətində dildə oturuşur. İlkin dövrdə yeni sözlər alınmalarla yanaşı işlənir. Əgər onun qarşılığı Azərbaycan dilində düzgün müəyyənləşibsə, onu Azərbaycan dilində olan ifadə əvəz edir. Məsələn, riyaziyyatda istifadə olunan “ekvivalent” terminin dilimizdə qarşılığı “eyni güclü”dür. Sonrakı dövrdə “ekvivalent” sözü dildən çıxdı, “eyni güclü” termini işləndi. Alınma sözlərin dildə oturuşması bir qədər çətindir, tələffüzü o qədər asan deyil. Dildə sözlərin işləklik qazanması müəyyən bir proses tələb edir və o prosesdə hansı sözün işləklik qazanacağını tarix göstərəcək. Sözlərin yaradılmasında purizmə yol vermək olmaz. Yeni söz dilin daxili imkanları hesabına yaradılmalıdır ki, hamısı dildə oturuşsun. Süni, qondarma sözlər heç vaxt dildə özünə yer tapmır.

Ədəbi dil normaları və reklamlar

- Reklamlarda dilimizlə bağlı hansı qüsurlar müşahidə olunur?

- Qüsurlar həddindən artıqdır. Reklamın dili sadə, aydın, dəqiq olmalıdır ki, hər kəs o reklamı oxuyanda onu dərk etsin, başa düşsün. Məsələn, “moyka” sözünün qarşılığı “avtoyuma məntəqəsi”dir. Ancaq reklamlarda “moyka” kimi yazılır və xalq arasında “moyka”nı müəyyən şəxslər başa düşsə də, ancaq onun yazılış formasının müxtəlif şəkildə ifadə olunması düzgün anlaşılmamasına səbəb olur. Bunlara nəzarət gücləndirilməli, xüsusi mexanizm hazırlanmalıdır.

- Sizə iaşə obyekti adları üçün müraciət etdikdə nə deyirlər? Yaxud siz hansı tövsiyələri verirsiniz?

- “Kontinental” sözünün qarşılığı olaraq dilimizdə “iqlim” sözü var. Ancaq sözün qarşılığı “iqlim” olsa da, reklamların əksəriyyətində adlandırılana qədər “kontinental” yazılır. Çünki reklam sifarişi zamanı ödəniş edirlər və onu maliyyəyə görə dəyişə bilmirlər. Ancaq hazırda reklamların dilinə Terminologiya Komissiyası yox, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi baxır. Monitorinq Mərkəzi tərəfindən səhvlər tapılır, müzakirə olunur. Düşünürəm ki, təkcə müzakirə etmək azdır, nəticə əldə etmək üçün onun mexanizmi hazırlanmalıdır. Reklamlar yayımlanmazdan əvvəl Monitorinq Mərkəzinə təqdim olunmalı, reklamın mətni tam şəkildə Monitorinq Mərkəzində hazırlanandan sonra yayımlanmalıdır.

Küçələrin adlarına baxın, məsələn, Bəşir Səfəroğlu küçəsi. Küçənin adı üç formada (Bəşirsəfəroğlu, Bəşir Səfəroğlu, Bəşir Səfər oğlu) kimi yazılır. Dünya praktikasında var ki, küçə adları müəyyən təşkilat tərəfindən hazırlanır, forması düzgün müəyyənləşdirildikdən sonra küçələrə adları bildirən lövhələr vurulur. Bu adlar da ana dilində, ingilis dilində və rus dilində vurulur. Qazaxıstan, Qırğızıstan, Özbəkistanda bu təcrübə var.

Ölkəmizdə küçə adlarının verilməsi kimlər tərəfindən müəyyənləşir? Dilçilər orda iştirak edirmi? Reklam agentliklərində xüsusi şöbələr açılmalı, həmin şöbələrdə mütəxəssislər tərəfindən müəyyənləşdirilməli və sonra reklam agentliyi tərəfindən yayımlanmalıdır. Hazırda narazılıq yaradan əsas səbəblər və nöqsanlar daha çox reklam agentlikləri tərəfindən hazırlanan ayrı-ayrı lövhələrdədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və dövlət daxilində hər bir şəxs kimi reklam agentliyi də bunlara əməl etməlidir.

Birinci növbədə, reklam agentliyi Monitorinq Mərkəzi ilə qarşılıqlı əlaqədə işləməlidir. Terminologiya Komissiyasının özü iki sahədə iş görür. Birinci növbədə, Terminologiya Komissiyası tərəfindən elm və texnikanın, müxtəlif sahələrlə bağlı terminoloji lüğətlər hazırlanır. Bununla yanaşı, hazırlanan lüğətlər müzakirə olunur və onun nəşrinə icazə verilir. Müstəqillik illərində Azərbaycan dilində 185 terminoloji lüğət nəşr olunub. Bizdə bütün sahələrlə bağlı terminoloji lüğətlər var. Ancaq elm, texnika inkişaf etdikcə, yeni sözlər yarandıqca həmin lüğətlər də mütəmadi olaraq inkişaf etdirilməlidir.

Lüğətlər və onların tərtibi

- Həmin terminoloji lüğətlər nə qədər müddət ərzində dəyişdirilir?

- Hazırda mütəxəssislər tərəfindən yeni lüğətlər hazırlanır. İzahlı dilçilik lüğəti hazırladıq və o lüğətdə əvvəl 4000 termin var idi. Hazırladığımız lüğətdə 8500 termin öz əksini tapıb. Həmin terminoloji lüğət 2019-cu ildə nəşr olunub. Lakin 2019-cu ildən bu günədək dilçiliyin müxtəlif sahələrinin inkişafı ilə xeyli yeni sözlər yaranıb. Həmin sözləri bir-bir toplayırıq ki, gələcəkdə lüğətə daxil edək. Terminologiya Komissiyasının əsas funksiyalarından biri dilə daxil olan alınma və yeni sözləri toplayıb nəşr etməkdir. Terminologiya Komissiyasının qərarına əsasən 2015-ci ildən bu yana üçcildlik izahlı yeni terminlər lüğəti hazırlanıb. 2015-ci ildə 2700, 2018-ci ildə 2600 və 2020-ci ildə nəşr olunan lüğətdə 2000-ə qədər yeni anlayışları ifadə edən terminlər öz əksini tapıb. Dil daim inkişafdadır və hazırda da dilə daxil olan, eləcə də yeni yaranan terminlər Terminologiya Komissiyası tərəfindən qeydə alınır, onların izahı verilir və bu da gələcəkdə olan terminoloji lüğət üçün bazadır.

- Orfoqrafiya lüğətindən razısınızmı? Hansı dəyişikliklərin olunmasını təklif edirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən müvafiq Sərəncamda da qeyd olunub ki, orfoqrafiya lüğəti hər beş ildən bir nəşr olunmalıdır. Dilə yeni sözlər gəlir və o sözlərin yazılışı orfoqrafiyada öz əksini tapmalıdır. Yeni orfoqrafiya lüğətimiz 2021-ci ildə nəşr olunub.

- Sizcə, beş il orfoqrafiya lüğətinin yenilənməsi üçün kifayət edir?

- Əlbəttə. Dünyada onlayn orfoqrafiya lüğətlərinin hazırlanması təcrübəsi var. Hər yeni söz həmin lüğətə daxil edilir. Əgər yeni söz dildə işləklik qazanırsa, onlayn lüğətlərdə qeyd olunmalıdır. Əgər onlayn lüğətdə öz əksini tapırsa, etirazlar varsa, müzakirələr gedirsə və onun dəqiq variantı formalaşırsa, nəşrdə də bu, tam şəkildə öz əksini tapmalıdır. Ona görə, dünyada qəbul olunmuş standartlara uyğun olaraq lüğətlərin elektron formaları hazırlanmalıdır. Çünki onlayn lüğətdə düzəliş etmək, yeni sözləri ora daxil etmək daha asandır, nəinki yenidən həmin lüğəti nəşr etmək. Türkiyənin bu sahədə çox yüksək təcrübəsi var, ondan istifadə olunmalıdır.

- Dilçilik elminin sürətli inkişafı, yeni dilçilik sahələrinin yaranması, bu sahələrdə yaranan terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı lüğətlərin hazırlanmasını tələb edir. Elmin bütün sahələrinə aid lüğətlərin tərtibi və nəşri günün tələbidir. Tərtib edilən “İzahlı dilçilik terminləri lüğəti” də bunun bariz nümunəsidir. Bu istiqamətdə hansı işlər görülüb və hansı işlərin görülməsi nəzərdə tutulur?

- Hər bir sahə inkişaf edir və bu sahə inkişaf etdikcə, ona uyğun yeni anlayışlar yarandıqca hamısı mütəxəssislər tərəfindən qeydə alınır. Dilçiliklə bağlı yeni terminlərin hamısı qeydə alınır. Son dövrdə nitq mədəniyyəti daha sürətlə inkişaf edir, tədqiqatlar aparılır. Nəzəri dilçilik, sosiolinqvistika yeni bir sahə kimi inkişaf edir. Dili zənginləşdirən əsas mənbələrdən biri də müxtəlif elm sahələri ilə bağlı əsərlərin tərcümə olunmasıdır. Tərcümə prosesində yeni anlayışlar, yeni terminlər yaranır, hər biri qeydə alınır. Lüğət hər il nəşr oluna bilməz. Son dövrlərdə riyaziyyatla bağlı lüğət yoxdur. Sonuncu 1979-cu ildə üçdilli lüğət nəşr olunub. Ehtimal nəzəriyyəsi və riyazi statistika ilə bağlı izahlı lüğət nəşr olunub. Həmin lüğət riyaziyyatla bağlı terminologiyanı özündə tam əks etdirmir. Ona görə bu sahənin yenidən işlənməsi, yeni terminoloji lüğətin hazırlanması vacib bir məsələ kimi qarşıdadır. Riyaziyyatın bütün sahələrini əhatə edən lüğət hazırlanmalıdır. Biz müxtəlif riyaziyyatçı mütəxəssislərlə əlaqələr yaradırıq ki, bu problemin də qarşısı alınsın və yeni terminlər öz əksini tapsın.

- Orta və ali məktəb dərsliklərində terminlərin işlədilməsi sizi qane edirmi? Terminologiya Komissiyası hansısa dərsliyə rəy verməkdən imtina edib?

- Hazırda orta məktəb dərsliklərində dildə sabitləşmiş terminlər öz əksini tapır. Çünki dərsliyin dili sadə, aydın olduğu kimi, hər bir termin də şagird üçün aydın olmalıdır. Ona görə də dərsliklərin hazırlanmasında, terminlərin işlənməsində heç bir problem yoxdur. Məsələn, informatika fənni ilə bağlı bizə müraciət edilmişdi. Orada əsas problem “Windows” sözünün yazılışı ilə bağlı idi. Yəni “w” hərfi Azərbaycan əlifbasında yoxdur və onun qarşılığı kimi biz dilimizdə “v” hərfini götürdük. Azərbaycan dilinə uyğun olaraq onların yazılışı formalaşdı. Hazırda dərsliklərin dilində işlənən terminlərin əksəriyyəti anlaşıqlı, sadə, şagirdlər tərəfindən dərk edilən terminlərdir.

- Terminlər daha çox hansı dillərdən daxil olur?

- Tibdə terminlərin əksəriyyəti latın, yunan mənşəlidir. Onların əksəriyyəti XX əsrin əvvəllərindən bu dövrə qədər alındığına görə tam şəkildə mənimsənilib. Hazırda terminlər ingilis dilindən daxil olduğuna görə xarakterik xüsusiyyətləri Azərbaycan dilində nəzərə alınır və ingilis dilindən alınan terminlərin transliterasiya forması müəyyənləşir. Bizdə transliterasiya ilə bağlı xüsusi sayt açılıb, terminlərin, eləcə də adların necə transliterasiya edilməsi tam şəkildə orada müəyyənləşir. İngilis, yunan, latın dilindən alınan terminlərin Azərbaycan dilinə uyğunlaşdırmağın həm nəzəri, həm də praktiki aspektdən formalaşdırılmış yolları müəyyənləşdirilib. Bu müəyyənləşdirilmiş yollar dilə daxil olan terminlərin transliterasiya edilməsində problem yaratmır.

Uşaqlara qoyulmasına imtina verilən qəribə adlar

 

- Ölkəmizdə bəzən uşaqlara ümumişlək olmayan, qeyri-adi adlar qoyulur. Bununla bağlı fikirləriniz maraqlıdır...

- Adlar qeydiyyat idarələrində verilir. Terminologiya Komissiyasının nəzdində Adlar və Soyadlar üzrə Xüsusi Komissiya fəaliyyət göstərir. Biz əsas etibarilə bu adların yazılış formalarına baxırıq. Bir ad bir neçə formada yazıla bilməz, adlar vahid formada yazılmalıdır. Bu, orfoqrafiya qaydalarında da öz əksini tapıb. Son dövrlərdə Əminə adını “Aminə”, Mehdi adını “Məhdi”, Əzizi “Aziz” kimi yazdırmaq üçün müraciət olunub. Dilimizdə vahid formada Əziz adı var və bu normalara uyğun olaraq adlar verilir.

Adların verilməsində valideynlər həddindən artıq düşünməlidir. Adlar aydın, sadə, dəqiq olmalıdır. Elə adlar var ki, onlar gülüş doğurur, uşaqların gələcəyinə, taleyinə mənfi təsir edirsə onların qarşısı alınır. Məsələn, son dövrlərdə qeydiyyat idarələrinə uşaqlara Vıva, Azka kimi adların qoyulması ilə bağlı müraciət olunub. Cani, Cinayətkar, Samovar kimi adlar vaxtilə qoyulub. Belə adlar qoyulan gənclər 18 yaşa çatandan sonra qeydiyyat idarələrinə adlarının dəyişilməsi ilə bağlı müraciət edirlər. Buna görə də o adların əksəriyyəti Azərbaycan dilinin adlar sistemindən xoşagəlməz adlar kimi çıxarılıb. Hər bir valideyn ad qoyan zaman düşünməlidir. Təəssüf ki, belə hallar indi də baş verir. Bəzi valideynlər baxdıqları filmdəki adı təklif edirlər. Azərbaycan dilinin öz qanunları var, bu qaydalar əsasında ədəbi dil normalarına uyğun olaraq bu adlar yazılır.

-Özünüz hansı qəribə adlarla qarşılaşmısınız?

- Bizə hər gün qəribə adlarla bağlı müraciət edirlər. Ən çox ad dəyişmə problemdir. Elə olur ki, valideynlər tərəfindən həddindən artıq gülüş doğuran adlar verilir. Bəzən də əzizləmə ifadə edən adlar verilir. Məsələn, uşağa “Seva”, “Cana”, “Nəmuşka” yazdırırlar. Uşaq müraciət edib adını dəyişdirir.

Dildə orfoqrafiya və orfoepiya normaları

- Televiziyada orfoepiya qaydalarının pozulmasına rast gəlirik. Sizcə, bu, nədən qaynaqlanır? Qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Televiziya maarifləndirmə mərkəzidir. Aparıcılar necə tələffüz edirlərsə, vətəndaşlar da o şəkildə tələffüz edirlər. Ona görə də televiziyada tələffüz normaları çox dəqiq şəkildə qorunmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, bu dəqiqə televiziyaların çoxunda aparıcıların əksəriyyətinin ixtisasla bağlı təcrübələri azdır. Ancaq müəyyən televiziya kanallarında Monitorinq Mərkəzi bununla bağlı yoxlamalar aparıb. Məsələn, İctimai TV, AzTV-də orfoepiya normalarına tam şəkildə riayət olunur. Ancaq televiziyalarda bu prosesi pozan bəzən aparıcılar yox, qonaqlar olur. Ona görə də orfoepiya bağçadan, məktəbdən öyrədilməlidir. Hər bir şəxsin orfoepik normaları tam bilməsi vacibdir. Bununla bağlı orfoepiya lüğəti hazırlanır. Kiçik həcmli bir orfoepiya lüğəti var və yeni lüğətin hazırlanması, onun istifadəyə verilməsi bu problemin qarşısını almaq üçün şərait yaradır.

- Bəzi insanlar sosial şəbəkədə bəzi insanlar yazı qaydalarına riayət etmirlər, buna ehtiyac olmadığını düşünürlər...

- Sosial şəbəkələrdə Azərbaycan ədəbi dili qorunmalıdır. Sürətlə yazıb, bir məlumatı başqasına çatdırmaq düşünürəm ki, çox vaxt tələb etmir. Sözlər dəqiq, aydın yazılanda qarşıdakı şəxs onu daha yaxşı dərk edir. Xüsusilə də təbrik yazılanda, yaxud da müəyyən bir şəxslə bağlı məlumatlar veriləndə sosial şəbəkədə ədəbi dil normaları qorunmalıdır. Məsələn, vikipediyada yayımlanan məlumatlarda ədəbi dil normaları qorunmur. Təkcə ədəbi dil normalar yox, eyni zamanda verilən elmi məlumatların çoxu da səhv gedir. Hər bir şəxs oxuyanda vikipediyaya əsas mənbə kimi yanaşır. Buna görə onlara xüsusi nəzarət olmalıdır. O mənbələrdə həm məlumatlar düzgün olmalıdır, həm də ədəbi dil normaları qorumalıdır.

- Terminologiya Komissiyasına üzv olaraq kimlər seçilir?

- Terminologiya Komissiyasında Nazirlər Kabinetinin qərarı ilə bölmələri yaradılıb. Bu bölmələrdə iqtisadiyyat, fizika, kimya və s. sahələrdə fəaliyyət göstərən, elmi əsərləri ilə tanınan, daha çox təcrübəsi olan, anlayışların yaradılmasında daha çox iştirak edən mütəxəssislər cəlb olunur. Məsələn, fizika ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, müxbir üzvləri, dərsliklərin müəllifləri, hər biri həmin bölmələrin üzvüdür. Yaxud da tibb bölməsi Əhliman Əmiraslovun rəhbərliyi altında fəaliyyət göstərir. Tibb sahəsi ilə bağlı daha çox dərsliklər, lüğətlər, monoqrafiyalar yazan müəlliflər ora daxil edilir.

- Bu bölmələrin fəaliyyəti nədən ibarətdir?

- Məsələn, iqtisadiyyatla bağlı “kontent” termini yeni yaranıb. Yaxud da “davamlı inkişaf”, “dayanıqlı inkişaf” hər biri yeni anlayışdır. Eləcə də hüquqla bağlı yeni terminlərin müzakirəsi təşkil edilir. Qanunların qəbul edilməsi prosesində terminlərin dəqiq işlənməsi və Mülki Məcəllədə düzgün öz əksini tapması üçün qərarlar hazırlanır. Mütəxəssislərin iştirakı ilə ayrı-ayrı lüğətlərin hazırlanmasından əlavə, yeni anlayışların adlandırılması ilə bağlı müxtəlif komissiyaların üzvləri ilə müzakirə aparırıq. Komissiyada nəzəri aspektdə terminin yaranması strategiyasını müəyyənləşdirmək istiqamətində işlər aparılır. Azərbaycan dilinin terminologiyasının inkişaf istiqamətləri müəyyənləşdirilib. Terminlərin yaranma yolları və üsulları tədqiq olunub. Terminlər birinci növbədə dilin daxili imkanları əsasında yaradılmalıdır. Elmlərin inkişafı ilə bağlı alınma terminlər də qəbul edilməlidir. Əgər dildə yeni bir söz yaratmaq mümkün deyilsə, həmin söz beynəlxalq səviyyədə ən azı 4-5 dildə işlənirsə, onlar bütün dünya dillərində olduğu kimi hazır şəkildə işlədilir. Məsələn, “bank”, “menecer”, “menecment”, “bankomat”. “Koronavirus” dünyada elə “koronavirus” şəklində işlənib. Biz onun qarşılığını müəyyənləşdirsək də, qeyri-dəqiq olacaq. Bu sözün dilimizə qarşılığı “taclı virus” kimi tərcümə olunub. Lakin işləklik qazanmadı. Dünyada aparılan simpoziumlarda, konfranslarda virusun qarşısını almaq üçün hazırlanan dərmanların, peyvəndlərin adlarının olduğu kimi dillərə keçməsi məqbul sayılır. Bu baxımdan alınmaların da işlənməsinin prinsipləri, nəzəri aspekti hazırlanıb və bu alınmaların hansı dildə özünə yer tapması müəyyənləşdirilib. Hər alınma söz dilə gələ bilməz və o alınma söz dili daha da ağırlaşdırır. O alınma söz dilə daxil olur ki, beynəlxalq səviyyədə dünyanın bütün ölkələrində işlənir və biz onları zəruri olaraq alıb işlədirik. Məsələn, bizdə diplomatiya ilə bağlı müxtəlif terminlər var, onlar bütün dünyada işlənir. Onların işlənməsi bir zərurətdir və Azərbaycan dilində də bunları qəbul edirik. Dil başqa dillərdən təcrid olunmuş halda inkişaf edə bilməz.

- Müstəqillik illərində Azərbaycanda, ümumiyyətlə, terminologiya ilə bağlı görülən işləri necə dəyərləndirirsiniz?

- Müstəqillik illərində ayrı-ayrı elm sahələrinin inkişafını tənzimləyən Terminologiya Komissiyası yaradılıb. İlkin dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti yanında Terminologiya Komissiyası fəaliyyət göstərirdi. Lakin onun əhatə dairəsi, işlənməsi və cəmiyyətdə baş verən bütün hadisələrin adlandırılması, söz yaradıcılıq prosesinin koordinasiya edilməsi üçün onun əhatə dairəsi genişləndi və Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradıldı. Həmin Komissiyada ayrı-ayrı elm sahələri ilə bağlı bölmələr təşkil olunub. Hazırda Terminologiya Komissiyasının nəzdində 17 bölmə fəaliyyət göstərir. Yəni texnika elmləri bölməsi - burada fizika, riyaziyyat, informatika; kimya, tibb, biologiya, mikrobiologiyanı əks etdirən yer elmləri bölməsi; iqtisadiyyat, ədəbiyyatşünaslıq, dilçilik, idman, psixologiya, pedaqogika, təhsillə bağlı ayrı-ayrı bölmələr formalaşıb. Bu təşkilatlarda, birinci növbədə, həmin elm sahələri ilə bağlı yaranan anlayışların adlandırılması və onların lüğətlərdə əks olunması müzakirə olunur. Çünki dünyada baş verən hər bir yenilik dildə öz əksini tapmalıdır. Məsələn, aviasiya yeni bir sahədir. Ölkəmizdə Aviasiya Akademiyası yaradıldıqdan sonra ayrı-ayrı dərsliklər nəşr olunub. Bununla bağlı tələbatı ödəmək üçün ilk növbədə anlayışları ifadə edən terminlər yaradılmalıdır. Terminologiya Komissiyasında Aviasiya Akademiyasının rəhbərliyi ilə bərabər üçcildlik - hər bir cildi 950 səhifədən ibarət olan, həm izahlı, həm də üçdilli (Azərbaycan, ingilis və rus) lüğətlər hazırlandı. Bu, Azərbaycan dilinin aviasiya sahəsinə olan tələbatını ödədi.

Təhsil sahəsində Bolonya sistemi yeni anlayışlar, yeni məfhumlar gətirdi. Elm və Təhsil Nazirliyi ilə birlikdə təhsildə istifadə olunan terminlərin izahlı lüğətini hazırladıq. Bu lüğət hər bir təhsil sahəsində çalışan mütəxəssis üçün stolüstü kitabdır. Yeni sahələrdən biri də son dövrlərdə daha çox inkişaf edən informatikadır. İnformatika artıq müstəqillik illərində sürətlə inkişaf etdi və hər bir şəxs ondan geniş şəkildə istifadə edir. Bunu nəzərə alaraq İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə 1200 səhifəlik “İnformatika terminlərinin izahlı lüğəti” hazırlandı və onlayn istifadəyə verildi.

Müasir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İqtisadiyyatla bağlı üçcildlik izahlı lüğət hazırlanıb nəşr edilib. Ədəbi dilin inkişafını düzgün istiqamətləndirmək üçün hər bir elm sahəsi ilə bağlı yaranan yeni terminlərin adlandırılması vacibdir. Fizika, kimya, riyaziyyat, biologiya, tibb də sürətlə inkişaf edən elm sahələrindəndir. Onkologiya son dövrlərdə formalaşıb və akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında “Onkologiya terminləri lüğəti” hazırlandı, müzakirə edildi və nəşr olundu. Tibb elmləri doktoru Kənan Yusifzadənin tərtib etdiyi “Tibb terminlərinin izahlı lüğəti” Terminologiya Komissiyasında müzakirə edildikdən sonra nəşr olunub. İrihəcmli bu lüğətdə tibb elminin inkişafı ilə bağlı yaranan yeni terminlərin əksəriyyəti öz əksini tapıb. Terminologiya Komissiyasının işi müstəqillik illərində daha da gücləndirilib, istiqamətləri daha da genişlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

Nərimanov rayonunda obyektdə yanğın başlayıb

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub