Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Şəki yeni inkişaf mərhələsindədir

Şəki yeni inkişaf mərhələsindədir

Şəki, 11 fevral (AZƏRTAC). Şəki Şəhər İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş hesabat yığıncağı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, icra hakimiyyəti binasının foyesində rayonda istehsal olunan məhsulların və el sənətkarların əl işlərindən ibarət sərgiyə baxmışlar.

Yığıncağın əvvəlində 2011-ci ildə Şəkinin sosial-iqtisadi həyatında baş verən yeniliklərdən bəhs edən film nümayiş etdirilmişdir.

Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun 2011-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilmişdir.

Qeyd olunmuşdur ki, 2011-ci il Şəkinin tarixində ən uğurlu illərdən biri kimi yadda qalmışdır. Ötən il Prezident İlham Əliyevin Şəki şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı üç mühüm Sərəncam imzaladığını xatırladan natiq, bu sənədlərdə Şəki şəhərinin milli-memarlıq üslubunun qorunub saxlanması, şəhərin turizm potensialının genişləndirilməsi, tarixi abidələrin bərpa olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi və digər tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

Məruzəçi bildirmişdir ki, 2011-ci il şəkililər üçün həm də Prezident İlham Əliyevin bu şəhərə növbəti səfəri ilə yaddaqalan olmuşdur. Dövlətimizin başçısı şimal-qərb bölgəsinə səfəri çərçivəsində noyabrın 17-də Şəkidə olmuş, bir sıra emal və sosial təyinatlı öbyektlərin, o cümlədən 100 çarpayılıq xəstəxana binasının, şərab zavodunun və “Green Hill İnn” mehmanxanasının açılışında iştirak etmişdir. Səfər zamanı Prezident İlham Əliyev Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti və “Aşağı Karvansara” kompleksində aparılan təmir-bərpa işləri ilə də tanış olmuş, Sabit Rəhman adına Dövlət Dram Teatrına baş çəkmişdir.

Qeyd edilmişdir ki, 2011-ci ildə Şəkidə iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 333 milyon 851 min manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 37,4 faiz çoxdur. Adambaşına düşən məhsul istehsalının həcmi 2010-cu ilə nisbətən 36,2 faiz artaraq 1 min 898 manat təşkil etmişdir. Bu müddətdə pərakəndə əmtəə dövriyyəsi 9,2 faiz artaraq 237 milyon 165 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 21,8 faiz artaraq 54 milyon 740 min manat olmuşdur. Hesabat ilində rayonda 1184 yeni iş yeri açılmışdır.

Bildirilmişdir ki, 2011-ci ildə rayonda sosial-iqtisadi sahələrin inkişafına ümumilikdə 88 milyon 16 min manat investisiya yönəldilmişdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 77 milyon 875 min manatı və ya 88,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq, hazırda şəhərin milli-memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bütün küçə və prospektlər, park və meydanlar əsaslı şəkildə yenidən qurulur, tarixi binalar bərpa olunur, şəhərdə yeni, müasir işıqlandırma sistemi quraşdırılır. Bir sözlə, şəhər büsbütün simasını dəyişir. Natiq vurğulamışdır ki, Şəki əhalisi görülən işləri çox yüksək qiymətləndirir, bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Dahi mütəfəkkir M.F.Axundzadənin anadan olmasının 200 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq işlərinin aparıldığını diqqətə çatdıran E.Usubov, hazırda böyük ədibin adını daşıyan prospektdə, mədəniyyət və istirahət parkında, ev-muzeyində, habelə şəhərin mərkəzində qoyulmuş büstünün ətrafında geniş abadlıq və yenidənqurma işlərinin aparıldığını bildirmişdir.

Aqrar sahədə görülən işlər barədə məlumat verən natiq 2011-ci ildə taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafının diqqət mərkəzində saxlanıldığını, rayonda rekord miqdarda- 238 min 585 ton taxıl istehsal olunduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, bu, 2010-cu illə müqayisədə 100 min ton çoxdur. Hazırda rayonun Çələbixan qəsəbəsi ərazisində 16 min ton tutumu olan taxıl anbarı kompleksinin tikintisi davam etdirilir.

Qeyd olunmuşdur ki, 2011-ci ildə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, Baş Kəldək kəndində 180 şagird yerlik yeni məktəb binası, Kiş kəndində uşaq bağçası tikilib istifadəyə verilmişdir. Hazırda şəhərdəki 5 nömrəli tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu və Aşağı Layısqı kəndlərinin hər birində 360, Çələbi xan qəsəbəsində isə 180 şagird yerlik yeni məktəb binalarının tikintisi, şəhərdəki 22 nömrəli uşaq bağçasının əsaslı təmiri davam etdirilir.

Əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərə toxunan məruzəçi hesabat ilində Aşağı Küngüt, Oxud və Fazıl kəndlərinə təbii qazın verildiyini bildirmiş, kəndlərin qazlaşdırılması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini önə çəkmişdir. Diqqətə çatdırılmışdır ki, təməli 2010-cu ilin dekabrında qoyulmuş “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi üzrə işlər də artıq yekunlaşmışdır və cari ilin martında ikinci mərhələ üzrə tikinti-quraşdırma işlərinə başlanılacaqdır.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rafil Hüseynov və Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək 2011-ci ildə respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə əldə olunmuş uğurlardan danışmış, qarşıda duran vəzifələrə toxunmuş, tövsiyələrini bildirmişlər.

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO