İQTİSADİYYAT
Şəkidə “Ekoloji təmiz kənd təsərrüfatı” mövzusunda seminar keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin (İİN BBTM) Şəki nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Ekoloji təmiz kənd təsərrüfatı” mövzusunda seminar keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, seminarda “Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları” mövzusunda təqdimat keçirilmiş, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, subyektlərinin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilmiş, həmçinin www.b2b.az elektron ticarət portalı haqqında danışılmışdır.
Tədbirdə İİN-in Şəki-Zaqatala regional bölməsinin