Şəmkirdə Aprel şəhidi Nurlan Qasımovun xatirəsi anılıb
Şəmkir, 5 aprel, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunun Tatarlı kəndində Aprel döyüşlərində şəhid olmuş Nurlan Qasımovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbiri şəhid Nurlan Qasımovun məzarı önündə keçirilib. Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək şəhidin keçdiyi döyüş yolundan danışıb.
Digər çıxış edənlər əsgərin şərəfli ömür yolundan, Vətənə bağlılığından, torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıb, Ordumuzun işğal altındakı torpaqlarımızı tezliklə azad edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, Nurlan Qasımov ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.