REGİONLAR
Şəmkirdə baramaçılığın yem bazası yaradılır
Şəmkir, 28 noyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə baramaçılığın inkişafı ilə əlaqədar tut bağları salınır. Artıq bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda 14 min tut tinginin əkilməsi təmin olunub. Ümumilikdə, cari ildə rayon ərazisində 40 min tut tinginin əkini planlaşdırılıb. Yerli bələdiyyələrin tərkibində yaradılan məhdud məsuliyyətli cəmiyyətlərdə də proses davam edir. Qaracəmirli bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan növbəti əkin zamanı torpağa 1000-dən çox ting basdırılıb.
Qaracəmirli bələdiyyəsinin sədri Rövşən Quliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Bizim kənddə 11 min tut tinginin əkini nəzərdə tutulub. Hazırda kəndin müxtəlif ərazilərində bu işlər aparılır. Məqsədimiz tinglərə düzgün aqrotexniki qulluq göstərib baramaçılığa öz töhfəmizi verməkdir”.
Qeyd edək ki, ötən ildə Şəmkirdə 40 min tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]