Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sərbəst güləş üzrə Olimpiya, ikiqat Dünya və Avropa, onqat Türkiyə çempionu Ahmet Ayıkdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Aprelin 11-də Azərbaycan xalqının Zati-alinizi böyük səs çoxluğu ilə yenidən prezident seçməsi xalqın etimad və sabitliyin daha da möhkəmlənərək davam etməsi istəyini nümayiş etdirib.

Cənab Prezident, Azərbaycan dövlətinin, onun xalqının birliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə dərin ehtiramımı bildirirəm.

Dərin hörmətlə,

 

Ahmet Ayık 

Sərbəst güləş üzrə Olimpiya, ikiqat Dünya və Avropa, onqat Türkiyə çempionu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin