Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.
Əminəm ki, birgə səylərimiz nəticəsində Serbiya ilə Azərbaycan arasında mövcud olan, ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı naminə daha da inkişaf edəcək.
Bizə xalqlarımız arasında mövcud olan dostluq münasibətlərini möhkəmləndirmək və Serbiya-Azərbaycan əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üzrə öhdəliklərimizi bir daha təsdiq etmək şansı verəcək Avropa Oyunlarının açılışı ilə bağlı Bakıda baş tutacaq görüşümüzü səbirsizliklə gözləyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləklərimi və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Tomislav Nikoliç
Serbiya Respublikasının Prezidenti