SİYASƏT
Səsvermə günü Mətbuat Şurası və Müstəqil Mətbuat Mərkəzi birgə fəaliyyət göstərəcəklər
Bakı, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mətbuat Şurası yerlərdə monitorinqi davam etdirir. Şuranın idarə heyətinin üzvləri səsvermə günü respublikanın rayon və şəhərlərində, ucqar məntəqələrdə belə monitorinq aparacaqlar.
Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov demişdir.
Ə.Amaşov bildirmişdir ki, Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyəti ilə bağlı üzləşə biləcəkləri problemləri dərhal həll etmək üçün müvafiq tədbirlə görəcəkdir.
Bu işdə biz Müstəqil Mətbuat Mərkəzinin də fəaliyyətindən bəhrələnmək niyyətindəyik. Bunun üçün Mətbuat Şurası Müstəqil Mətbuat Mərkəzi ilə sıx əməkdaşlıq edəcəkdir.
Ə.Amşov onu da bildirmişdir səsvermə günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaqdır.