DÜNYA
Səudiyyə Ərəbistanı ilə Küveyt neytral bölgədə neft istehsalına dair razılığa gəliblər
Bakı, 24 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı ilə Küveyt neytral bölgədə neft istehsalına dair razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin “Twitter” səhifəsində bildirilir.
Belə ki, Səudiyyə Ərəbistanı ilə Küveyt iki ölkə sərhədindəki neytral bölgədə neft hasilatının yenidən bərpası üzrə razılıq əldə ediblər.
Dörd ildən çoxdur ki, həmin neytral bölgədə neft hasilatı həyata keçirilmirdi. Əvvəllər burada gündəlik 500 min barrelədək neft çıxarılırdı.
Bölgədəki “Wafra” yatağında “Kuwait Gulf Oil Co.” şirkəti ilə birgə neft istehsal edən “Chevron Corp” burada tam istehsal gücünə 1 ilə nail olunacağını açıqlayıb. Yataq 2015-ci ilin mayından bağlanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]