Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcək

Qahirə, 16 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib.
AZƏRTAC rəsmi “Saudi Press” (SPA) agentliyinə istinadla xəbər verir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib. Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır.
Tezliklə Səudiyyə Ərəbistanından Ukraynanın ağır şəraitdə yaşayan dinc vətəndaşlarına humanitar yardım göndəriləcəyi bildirilir. Vəliəhd Məhəmməd bin Salman, həmçinin bu yaxınlarda 10 əcnəbi müharibə əsirinin, o cümlədən 2 ABŞ vətəndaşının azad edilməsinə də nail olmuşdu.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [17:51]
Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək
- 23.05.2025 [17:48]
Yeni cihaz hava-damcı infeksiyalarının əlamətlərini müəyyən edir
- 23.05.2025 [17:14]
Almaniyada mənzil tikintisinin sürətləndirilməsi planı açıqlanıb
- 23.05.2025 [16:41]
Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib
- 23.05.2025 [16:28]
Tramp Avropa İttifaqını 50 faiz vergi ilə təhdid edib
- 23.05.2025 [15:16]
Avstraliyanın şərqində daşqınlar nəticəsində azı dörd nəfər ölüb
- 23.05.2025 [15:14]