ELM VƏ TƏHSİL
Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən növbəti səyyar qəbullar Nərimanov, Binəqədi və Səbail rayonlarında keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbullar saat 10.00 – da başlanıb və vətəndaşların müraciətləri bitənədək davam edib. Nərimanov rayonu üzrə 27, Binəqədi rayonu üzrə 10, Səbail rayonu üzrə isə 9 müraciət qəbul edilib.
Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, istilik sistemi, bufetlərdə isti yeməklərin verilməsi, birinci sinfə qəbul, məktəblərin birnövbəli sistemə keçməsi, akt zalı və idman zallarının müasir avadanlıqla təchiz olunması, məktəbəqədər hazırlıq kurslarının sayının artırılması ilə bağlı olub.
Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin nümayəndələri tərəfindən dinlənilib və idarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]