DÜNYA
Şimali Koreyada xüsusi xidmət orqanlarının 5 əməkdaşı edam olunub
Bakı, 27 fevral, AZƏRTAC
Şimali Koreyada ölkə lideri Kim Çen In üçün yanlış hesabat hazırlamaqda ittiham olunan xüsusi xidmət orqanlarının 5 yüksək vəzifəli əməkdaşının ölüm hökmləri icra edilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya Respublikasının kəşfiyyatı hesabatın mövzusu və bu informasiyanın hansı yolla əldə olunması barədə məlumatı açıqlamayıb.
Xüsusi xidmət orqanlarının edam edilən əməkdaşlarının KXDR-in Dövlət Təhlükəsizlik Nazirliyi ilə əlaqəli olduqları bildirilir. Nazirliyin rəhbəri isə bu yaxınlarda korrupsiya, xidməti vəzifəsindən sui-istifadə və işgəncələrin tətbiqində ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]