MƏDƏNİYYƏT
“Simurq quşu” baleti Vladivostokda azərbaycanlı xoreoqrafın quruluşunda
Bakı, 31 avqust, AZƏRTAC
Bəstəkar İqor Stravinskinin anadan olmasının 135-ci ildönümü münasibətilə sentyabrın 22-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində “Simurq quşu” adlı balet axşamı keçiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, balet axşamı proqramının ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək. Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də Eldar Əliyevin redaktəsində və quruluşunda təqdim olunacaq.
E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]