CƏMİYYƏT
Şirvan şəhərində evlərdə baş vermiş yanğınların yayılmasının qarşısı alınmışdır
Bakı, 31 avqust (AZƏRTAC). Şirvan şəhərində hər mərtəbəsi 330 kvadratmetr olan ikimərtəbəli, 12 otaqlı evdə güclü yanğın baş vermişdir.
Hadisə nəticəsində evin ikinci mərtəbəsində altı otağın 330 kvadratmetr sahəsi və dam örtüyü, yaxınlıqdakı hər mərtəbəsi 216 kvadratmetr olan altı otaqdan ibarət evin ikinci mərtəbəsində üç otağın 216 kvadratmetr sahəsi və dam örtüyü yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını vaxtında almış, hər iki evin birinci mərtəbələri və bitişik evləri yanğından mühafizə etmişlər.
Həmin şəhərdə ümumi sahəsi 104 kvadratmetr olan birmərtəbəli iki otaqdan ibarət evin dam örtüyü yanmışdır.
Yanğınsöndürənlər alovun evin qalan hissəsinə keçməsinə imkan verməmişlər.
Hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]