REGİONLAR
Son 15 ildə Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən yuxarı olub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlığı ilə seçilir. 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.
Bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir qeyd edib ki, kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb.