İQTİSADİYYAT
Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə “İnnovasiyalar Mərkəzi” MMC arasında Anlaşma Memorandumu imzalanıb
Komitədən AZƏRTAC-a verilən məlumata görə, əsas məqsəd dövlət və qeyri-dövlət təşkilatlarına standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsi, birgə təlimlərin təşkil edilməsi, bu sahədə proqramın hazırlanması və əlaqələndirilməsidir.
Tədbirdə Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, hər iki qurumun potensiallarını birləşdirən müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının keyfiyyət infrastrukturu sahəsində xidmətlərin göstərilməsi çox mühüm haldır.
“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində bir araya gətirən mükəmməl bir imkan olduğunu, həmçinin dövlət qurumları və özəl sektor ilə fəal şəkildə əməkdaşlıq etməyə şərait yaradacağını qeyd edib.
Memorandumu Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi imzalayıblar.