Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sumqayıt Dövlət Universitetində artıq xərclərə yol verilib, təhsil haqları tam toplanmayıb

Sumqayıt Dövlət Universitetində artıq xərclərə yol verilib, təhsil haqları tam toplanmayıb

Bakı, 17 iyul, AZƏRTAC

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin gəlirləri 2014-cü ildə 6332,1 min manat, 2015-ci ildə 7375,3 min manat, 2016-cı ildə 9174,0 min manat, xərcləri müvafiq olaraq 5690,3 min manat, 6858,9 min manat və 8418,7 min manat olub.

2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı 1394 nəfər və ya 74,7 faiz yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 100 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1294 nəfər təşkil edib. Tələbə qəbulu planı "Ekologiya mühəndisliyi" ixtisası üzrə 100,0 faiz yerinə yetirilsə də, "Riyaziyyat" ixtisası üzrə 23,3 faiz, "İnformasiya texnologiyaları" ixtisası üzrə 10,0 faiz, "Psixologiya" ixtisası üzrə 20,0 faiz yerinə yetirilib, "Kimya", "Biologiya" və "Musiqi müəllimliyi" ixtisasları üzrə isə tələbə qəbulu olmayıb.

Tələbə qəbulu planı 2014/2015-ci tədris ilində 36 ixtisas üzrə 1385 nəfərə qarşı 1242 nəfər və ya 89,7 faiz yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 80 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1162 nəfər, 2015/2016-cı tədris ilində 41 ixtisas üzrə 1695 nəfərə qarşı 1348 nəfər və ya 79,5 faiz yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 87 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1261 nəfər təşkil edib.

Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 2014/2015-ci tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya 64,9 faiz (dövlət sifarişi 30 nəfər, ödənişli təhsil üzrə 83 nəfər), 2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7 faiz (dövlət sifarişi 35 nəfər, ödənişli təhsil üzrə 73 nəfər), 2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7 faiz (dövlət sifarişi 18 nəfər, ödənişli təhsil üzrə 82 nəfər) yerinə yetirilib.

Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən universitetdən xaric edilib, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən Universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2 faizi, 2015/2016-cı tədris ilində 76,4 faizi, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1 faizi imtahanlarda aşağı nəticələr göstəriblər.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat"ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib, bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.

Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmayıb və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilib, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar"ın tələbləri gözlənilməyərək cari təmir xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin dəyərinə əlavə edilməyib, maliyyə hesabatları tərtib edilərkən "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat"ın bəzi tələbləri gözlənilməyib, təsərrüfat fəaliyyətinin nəticələri bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, həmçinin görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Sumqayıt Dövlət Universitetinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alıb.

Auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat göndərilib. Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub