REGİONLAR
Sumqayıtda “Ekoloji biliklərin təbliği” mövzusunda tədbir keçirilib
Sumqayıt, 1 noyabr, AZƏRTAC
Sumqayıt şəhərində H.Aslanov adına 22 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Ekoloji biliklərin təbliği” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov dünyada ekoloji problemlər, respublikamızın hazırkı ekoloji vəziyyəti barədə mühazirə oxuyub.
Alim demoqrafiya, ətraf mühit və məişət ekologiyasının qarşılıqlı münasibətləri, urboekologiyanın problemləri haqqında ətraflı məlumat verib.
Eyni zamanda, suallar cavablandırılıb.