CƏMİYYƏT
Sumqayıtın səhiyyə işçiləri könüllü qan vermişlər
Sumqayıt, 12 aprel ( AZƏRTAC). Sumqayıtın səhiyyə müəssisələrində ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bu tədbirlər çərçivəsində qanvermə aksiyası təşkil olunmuşdur
Şəhər səhiyyə şöbəsindən AZƏRTAC bildirmişlər ki, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan komponentləri ilə təchiz etmək üçün keçirilən aksiyada Sumqayıtın 350-dək tibb işçisi könüllü olaraq iştirak etmişdir.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun Mərkəzi Qan Bankının mobil işçi briqadası tərəfindən tibbi müayinə keçirildikdən sonra onlardan 180 nəfərin qanı tədarük üçün yaralı sayılaraq götürülmüşdür.