DÜNYA
Süni surətdə yaradılmış qan hüceyrələrini insana köçürmüşlər
Bakı, 14 noyabr (AZƏRTAC). Söhbət laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələrindən gedir. Alimlərin dediklərinə görə, bu, süni qan yaradılması yolunda atılmış ilk əhəmiyyətli addımdır. Pyer və Mari Küri Universitetində Lük Due öz həmkarları ilə birlikdə könüllülərin iliyindən qan yaradan hüceyrələri ayıra bilmişlər.
Bu hüceyrələr qırmızı qan hüceyrələrində yaradılmışdır, inkişaf faktorlarından ibarət kokteyldən istifadə edilməsi buna kömək göstərmişdir. Hüceyrələri izləmək üçün nişanlanandan sonra alimlər 10 milyard hüceyrəni (təqribən 2 millilitr qan) donorun qanına yeritmişlər.
Beş gün keçdikdən sonra hüceyrələrin 94-100 faizi orqanizmdə mövcudluğunu davam etdirmişdir. 26 gündən sonra isə onların artıq 41-63 faizi qalmışdır. Bu cür yaşama qabiliyyəti adi qırmızı qan hüceyrələri ilə müqayisə olunasıdır. Bundan başqa, süni surətdə yaradılmış hüceyrələr təhlükəsizdir (onlar bədxassəli hüceyrələrə çevrilmirlər), oksigenlə normal birləşib onu azad edir. Eksperimentin müvəffəqiyyəti bundan ibarətdir ki, yaxın gələcəkdə biz qeyri-məhdud miqdarda qan hazırlanması texnologiyasını əldə edə biləcəyik. Bundan əvvəl də alimlər qan əvəzedicisi yaratmağa cəhd göstərmişlər, lakin məhsulun təhlükəsizliyi və səmərəsizliyi problemləri ilə qarşılaşmışlar. Yaxın vaxtlarda Due süni qan hüceyrələrinin tez, çox miqdarda və nisbətən ucuz istehsalına nail olmağa çalışacaqdır. Alimlərin hesablamalarına görə, bir köçürməyə 400 litr yetişdirilmiş maye tələb olunacaqdır.