DÜNYA
Suriyada son bir gündə gedən döyüşlərdə ölənlərin sayı 95 nəfərə çatmışdır
Bakı, 21 sentyabr (AZƏRTAC). Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupunun yaydığı məlumata görə, son bir gündə gedən döyüşlərdə ölənlərin sayı 95 nəfərə çatmışdır.
Hökumət qüvvələri ilə müxaliflər arasında ən gərgin döyüşlər Hama və Raqqa şəhərlərində qeydə alınmışdır. Təkcə Hamada hökumət qüvvələrinin 40 əsgəri həlak olmuşdur.
Bu arada Kimyəvi Silahların Qadağası Təşkilatı rəsmi Dəməşqdən kimyəvi silah arsenalına dair ilkin siyahını qəbul etmişdir. Bu, ABŞ və Rusiya arasında əldə olunmuş razılıq əsasında sözügedən silahların dağıdılması proqramı çərçivəsində baş tutmuşdur. Baş ofisi Haaqada şəhərində yerləşən təşkilatdan bildirmişlər ki, qurum hazırda siyahını araşdırır. Lazımi məlumatlar əldə olunduqdan sonra Suriyanın kimyəvi silah arsenalının məhvi prosesinə başlanılacaqdır.
Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin səfirləri Suriyadakı vəziyyəti müzakirə etmək üçün ardıcıl olaraq 3-cü gün bir araya gəlmişlər. Məqsəd kimyəvi silah arsenalının beynəlxalq nəzarətə verilməsi barədə razılıq əldə etməkdir.
Suriyanın bəzi şəhərlərində isə kimyəvi silahdan qətlə yetirilənlər dəfn edilmişlər