Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Şuşanın tarixi-mədəni irsi və Qazançı kilsəsi

Bakı, 11 iyun, AZƏRTAC

Qarabağ Azərbaycan türklərinin ulu yurd yeridir. Azərbaycanın tarixi-coğrafiyasının mühüm tərkib hissəsi olan bu bölgə xalqımızın qədim və zəngin mədəniyyətinin təşəkkül tapdığı ərazidir. Qafqazda ən qədim yaşayış məskəninin və ilk şəhər mədəniyyətinin əsası məhz Qarabağ ərazisində Azərbaycan xalqının əcdadları tərəfindən qoyulub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

R.Əlizadə qeyd edib ki, 1748-ci ildə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Cavanşir hakimiyyətinin ilk illərindən başlayaraq burada bir sıra qalalar inşa etdirib. Onun əmri ilə əvvəlcə Bayat, sonra isə Şahbulaq və Əsgəran qalaları inşa olunub. Lakin daha yaxşı müdafiə olunmaq üçün strateji cəhətdən əlverişli ərazi seçmək lazım gəldiyindən Pənahəli xan hündür sıldırım qayaların zirvəsində yerləşən Şuşa qalasını tikdirib. Pənahəli xan Şuşa qalasının əsasını qoyduğu dövrdə burada bir sıra yaşayış evləri, mədəni və dini abidələr də inşa etdirib: “Şuşada ilk dini abidə məhz Pənahəli xanın əmri ilə tikilən Cümə məscididir. Bu məscid sonralar dağıldığından Pənahəli xanın oğlu İbrahimxəlil xan yeni bir Cümə məscidi tikdirdi. 1822-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığının ləğv edilməsindən sonra burada bir sıra mədəni və dini abidələr yararsız vəziyyətə salındı. İbrahimxəlil xanın inşa etdirdiyi Cümə məscidi də həmin dövrdə dağıdıldı. Bu dini abidənin yerində XIX əsrin ikinci yarısında İbrahimxəlil xanın qızı Gövhərağanın maddi vəsaiti ilə məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən yeni Cümə məscidi inşa edildi. Bu məscid xalq arasında Yuxarı Gövhərağa məscidi adı ilə tanınıb”.

Ramin Əlizadə bildirib ki, Şuşanın iki böyük qədim məhəlləsi olub: Yuxarı və Aşağı məhəllələr. Sonralar bu məhəllələrin genişlənməsi nəticəsində 17 məhəllə meydana gəlib. Bu məhəllələrin adları Qarabağın yerli əhalisi olan Azərbaycan türk tayfalarının adları ilə bağlı olaraq yaranıb. XIX əsrin əvvəllərində ermənilərin Qarabağa köçürülməsi nəticəsində Şuşada onların kompakt halda məskunlaşdığı koloniya tipli yeni bir məskən olan Qazançı məhəlləsi salınıb. Qarabağda, eləcə də Şuşada ermənilərin yerli əhali olmadığını və bura sonradan köçüb gəldiklərini sübut edən mühüm dəlillərdən biri də rus ordusunda qulluq edən erməni əsilli polkovnik Qazaros Lazaryanın 1828-ci il martın 30-da Qacarlar dövlətindən Azərbaycanın şimal torpaqlarına, eləcə də Qarabağa köçürülən ermənilərə müraciətidir. O, ermənilərə müraciətində deyirdi: “... orada (Azərbaycanın şimalında - red.) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsizliyiniz üçün cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik... İran (Qacarlar dövləti - red.) çörəyi yeməkdənsə, rus otu yemək daha yaxşıdır”.

Tarixçi alim vurğulayıb ki, Qarabağın qədim tarixi-mədəni irsinin əsl sahiblərinin Azərbaycan türkləri olmasını rus hərbi topoqrafı V.P.Pyadışevin hazırladığı “Rusiya imperiyasının coğrafi atlası”nda Qarabağ ərazisində yer-yurd adlarının Azərbaycan türkcəsində qeyd edilməsi də təsdiq edir. Şuşada ilk erməni kilsəsi XIX əsrin ikinci yarısında inşa edilən Qazançı kilsəsidir. Halbuki bu kilsənin tikilməsindən yüz il əvvəl Azərbaycan türkləri bu şəhərdə öz dini memarlıq abidələrini inşa edərək zəngin tarixi-mədəni irs yaradıblar. Yəni bu kilsə inşa ediləndə Şuşanın hər məhəlləsinin öz məscidi vardı, şəhərin əsas dini memarlıq abidəsi olan Cümə məscidinin isə üçüncüsü tikilirdi: “Qazançı kilsəsi erməni ustaları Avetis Yeramişyans və Simon Ter-Akopyan tərəfindən 1868-1887-ci illərdə inşa olunub. Qazançı kilsəsinin layihəsini hazırlayan S.Ter-Akopyan bunun inşasında Eçmiədzin erməni-qriqorian kilsəsinin memarlıq xüsusiyyətlərini tətbiq edib. Qazançı kilsəsi Şuşanın eyniadlı məhəlləsində yerləşir. Bu məhəllə XIX əsrin ortalarında Şuşaya Culfanın Qazançı kəndindən köçmüş erməni icması tərəfindən inşa edilib. Ermənilər Culfanın Qazançı kəndinə də sonradan köçüb məskunlaşıblar. Qeyd edək ki, bu kəndin adı bulqar türk tayfalarından olan Kazan tayfasının adı ilə bağlı olaraq meydana gəlib. Türk mənşəli toponim olan Qazançı adının ermənilərə heç bir aidiyyəti yoxdur. Şuşanın yerli əhalisi olan Azərbaycan türkləri yaşayan məhəllələrdən fərqli olaraq Qazançı məhəlləsi yeni salındığından burada ermənilərə aid hansısa bir qədim memarlıq abidəsi də mövcud olmayıb”.

1865-ci ilin yazında Şuşada olmuş rus rəssamı V.Vereşagin şəhərin qala divarlarının, Cümə məscidinin, Xan sarayının, yaşayış binalarının, mədrəsələrin və digər memarlıq abidələrinin rəsmini çəkib. Lakin onun rəsmlərinin içərisində Şuşada hansısa bir erməni kilsəsinin təsviri yoxdur. Şuşa şəhərinin 1992-2020-ci illərdə işğalı dövründə erməni din xadimləri tərəfindən Qazançı kilsəsini Qarabağ bölgəsi üzrə erməni qriqorian yeparxiyasının mərkəzi etmələri əslində Qarabağ ərazisində erməni kilsələrinin “qədim” tarixinin məhz XIX əsrin ikinci yarısından başladığını sübut edir. Ermənilər tarixi gerçəkliyi gözəl bildikləri üçün Qarabağın qədim Alban xristian abidələrinin gerçək tarixini saxtalaşdırmağa başladılar. Qarabağda və Zəngəzurda qədim tarixi-mədəni ənənələri olmayan bu toplum alban xristian abidələrinin gerçək tarixini təhrif edərək, bu abidələri “bərpa etmək” adı ilə onların üzərində qondarma erməni yazıları həkk edib, əvvəlki memarlıq görkəmini dəyişərək erməni-qriqorian elementləri əlavə etdilər.

“2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qafqaz tarixində şanlı səhifələr yazdı. Bu müharibə Azərbaycan xalqının haqq savaşı idi. Bu savaşda qazanılmış Zəfər Qarabağın və Zəngəzurun həm bu gününə, həm də keçmişinə işıq saldı. Məhz bu Zəfər nəticəsində Azərbaycan türkünün min illər boyu yaşadığı Qarabağ və Zəngəzur torpaqları öz gerçək sahiblərinə qovuşdu. 30 il erməni faşizminin qanlı əməllərinə şahidlik edən torpaqlarımız azad ediləndən sonra nə gördük? Azərbaycan xalqının əzəli yurd yerləri olan şəhərlərin və kəndlərin viran edildiyini, təbii sərvətlərimizin talan olunduğunu. Erməni faşistləri 30 illik işğal dövründə məscidləri donuz tövləsinə çevirmiş və yurd yerlərimizdə narkotik bitki plantasiyaları salıblar. Şanlı Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də erməni faşizmini darmadağın edərək Şuşanı azad etdi. Qarabağın baş tacı olan Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin ən uğurlu sonluğu yazıldı. Qısa müddətdən sonra doğma Şuşamız dağıntılar altından sürətlə dirçəlməyə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildi. Bu gün Şuşa bərpa edilir. Tarixi multikulturalizm ənənələrinə sahib olan Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün qonşu xalqlarla sülh və əmin-amanlıq şəraitində yaşamağı regionda təhlükəsizliyin başlıca qarantı hesab edir”, - deyə tarixçi alim Ramin Əlizadə qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH