Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tanınmış araşdırmaçı-jurnalist Yasek Edvard Palkeviç Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Tanınmış araşdırmaçı-jurnalist Yasek Edvard Palkeviç Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Bakı, 1 iyun, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı-jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Dərnəyinin üzvü Y.E.Palkeviç 1972-ci ildən bəri dünyanın Saxara, Amazon hövzəsi, Sibir, Vyetnam, Namibiya, Atakama, Pataqoniya, Atlantik okeanı, Peru, Təkləməkan kimi maraqlı coğrafi məkanlarına səfər edib, indiyədək elmə məlum olmayan bəzi yerlərin kəşfinə imza atıb. Səyyahın səfərlərindən bəhs edən 30-dan artıq kitabı, qələmə aldığı reportajlar indi də Avropa oxucularının diqqət mərkəzindədir.

BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman tanınmış araşdırmaçının ölkəmizə səfərinin yeni araşdırmaların qələmə alınması üçün zəngin mənbə olacağına ümidvar olduğunu qeyd edib. A.Qəhrəman Mərkəzin layihələri, eləcə də işıq üzü görən nəşrlər barədə məlumat verib, qonağı maraqlandıran sualları cavablandırıb.

Söhbət zamanı Y.E.Palkeviç “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Azərbaycan, rus və ingilis dilində nəşrlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov görüşdə ölkəmizdəki dinlərarası harmoniyadan, tolerantlıq mühitindən söz açıb, Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb. Professor E.Nəcəfov Yasek Palkeviçin bu səfərinin gələcəkdə ölkəmizlə yeni əməkdaşlıqlar üçün zəmin yaradacağına inandığını bildirib.

Y.E.Palkeviç buraya gəlməzdən əvvəl Azərbaycanın multikulturalizm modeli ilə nəzəri tanış olduğunu, bu ölkənin multikultural dəyərlərinə maraq göstərdiyini deyib.

“Azərbaycana səfərə gəlməzdən əvvəl bu ölkənin özünəməxsus multikulturalizm modeli olduğunu, burada müxtəlif xalqların nümayəndələrinin, fərqli dinə etiqad edənlərin yüz illərlə bir arada dinc yanaşı yaşadığını öyrəndim. Səfərim zamanı oxuduqlarımın əyani şahidi oldum. Müsəlmanların müqəddəs Ramazan ayına təsadüf edən bu səfərdə - əhalisinin 96 faizinin müsəlman olduğu bir ölkədə, gözəl arxitektura abidələrinin olduğu qədim və modern Bakıda tam bir multikultural ab-havanı öz gözümlə gördüm. Burada bəziləri orucunu tutur, ibadətini edir, bəziləri isə restoranlarda, əyləncə mərkəzlərində dostlarıyla xoş vaxt keçirir. Müsəlman ölkəsində, həm də Ramazan ayında bu örnək tolerantlıq nümunəsi, hər kəsin digərinin inancına, etiqadına bu qədər dözümlülüklə yanaşması məni xoş anlamda təəccübləndirdi. Azərbaycan multikulturalizmi öz dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Dünyada multikulturalizmin mövqeyinin zəiflədiyi bir vaxtda Azərbaycanın belə bir siyasi xətt tutması məni yaxşı mənada heyrətləndirdi”, - deyə Y.E.Palkeviç bildirib.

Qonaq 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə start götürən və sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”ni təqdir etdiyini bildirib və bu beynəlxalq layihənin mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verdiyini deyib.

Y.E.Palkeviç görüş zamanı, həmçinin taleyin hökmü ilə Azərbaycanı özünə vətən seçmiş polyaklar, eləcə də məşhur memarlar İosif Qoslavski, Yevgeni Skibinski və L.Plaşko ilə bağlı oxuduğunu, ölkəmizlə bağlı dərin təəssüratlar aldığını vurğulayıb: “Bildiyimə görə, polyak əsilli memarların XIX əsr Bakısının memarlığında özünəməxsus dəst-xətti var. Səfərim zamanı Skibinskinin Bakıda ən parlaq memarlıq işi sayılan köhnə Persidskaya küçəsindəki - hazırda Memarlar Evinin yerləşdiyi bina ilə də tanış oldum. Azərbaycanın paytaxtı - müsəlman Bakısında polyak əsilli memarların hələ XIX əsrdə belə sərbəst fəaliyyətinə, modern binalar inşa etməsinə şərait yaradılması da, fikrimcə, Azərbaycanda multikulturalizmin əsrlərə söykənən həyat tərzi olduğunun sübutudur. Bu səfər məndə zəngin təəssüratlar yaratdı. Bütün bu faktlara istinad edərək, araşdırmalarımı daha da dərinləşdirərək yaxın gələcəkdə Azərbaycan haqqında reportaj hazırlayıb Avropa oxucularına təqdim etməyi düşünürəm”.

Sonda qonağı maraqlandıran suallar cavablandırılıb, ona BBMM-in nəşrləri hədiyyə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb