RƏSMİ XRONİKA
«TAXIL HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 15 İYUL TARİXLİ 370 NÖMRƏLİ FƏRMANININ İCRASININ TƏMİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. «Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü və 11.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
2. "Azərbaycan Respublikasının Taxıl Ehtiyatları üzrə Dövlət Agentliyinin ləğv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 dekabr tarixli 59 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 773) 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2008-ci il.