REGİONLAR
Tərtərdə 5965,6 hektar sahədə yazlıq səpin həyata keçirilib
Tərtər, 8 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri yazlıq bitkilərin səpinini yekunlaşdırıblar.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, rayon üzrə 5965,6 hektar sahədə yazlıq səpin həyata keçirilib. Sahələrin 198 hektarı dənli və dənli paxlalılar, 153 hektarı qarğıdalı, 1035,1 hektarı pambıq, 1017 hektarı çoxillik otlar, 918 hektarı dən üçün günəbaxan, 1187 hektarı şəkər çuğunduru, 534,2 hektarı kartof, 918,3 hektarı tərəvəz, 5 hektarı bostan bitkiləridir.
Hazırda sahələrdə becərmə işləri ilə yanaşı məhsul yığımı da aparılır. Bu günədək 212 hektar arpa sahəsi biçilib. Hər hektardan orta məhsuldarlıq 28,8 sentner olub. Taxıl biçini davam edir.
Qeyd edək ki, 2016-cı ilin məhsulu üçün 12 min 235 hektar sahədə taxıl səpini aparılıb. Zəmilərin 7932 hektarı buğda, 4281 hektarı arpa, 22 hektarı isə xəsil (yaşıl yem üçün) arpadır.