Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

TƏZƏPİR MƏSCİD KOMPLEKSİNİN ƏSASLI YENİDƏNQURMA VƏ GENİŞ TİKİNTİ İŞLƏRİNDƏN SONRA AÇILIŞI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

TƏZƏPİR MƏSCİD KOMPLEKSİNİN ƏSASLI YENİDƏNQURMA VƏ GENİŞ TİKİNTİ İŞLƏRİNDƏN SONRA AÇILIŞI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli şeyx həzrətləri!

Hörmətli din xadimləri!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə mən sizin hamınızı səmimiyyətlə salamlayıram və bu gün Azərbaycan üçün bu əlamətdar və tarixi gündə sizin hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bu gün həqiqətən tarixi bir gündür. Əsaslı təmirdən və yenidənqurma işlərinin aparılmasından sonra Təzəpir məscidi yenidən fəaliyyətə başlayır. Məscid əsaslı təmir edilib, ərazisi genişləndirilib, ətrafdakı bir neçə ev köçürülüb və bir sözlə, bu gün burada - tarixi bir yerdə həm bizim milli və dini dəyərlərimizi əks etdirən gözəl kompleks, eyni zamanda, ən müasir standartlara cavab verən yeni gözəl şərait yaradılıbdır. Həm məscidin binası təmir olunub, eyni zamanda burada mərasimlər korpusu, ruhani idarəsinin iqamətgahı, konfrans zalı, universitet binası tikilmişdir. Bir sözlə əminəm ki, bundan sonra bu gözəl tarixi yerdə dinlərarası dialoqun dərinləşməsi, Azərbaycan xalqının, Azərbaycandakı bütün xalqların nümayəndələrinin normal yaşaması üçün müxtəlif tədbirlər, simpoziumlar, konfranslar və başqa tədbirlər keçiriləcəkdir.

Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, biz öz milli və dini ənənələrimizə, dəyərlərimizə çox sadiqik. Biz ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca, məna daşıyan dəyər Azərbaycanın milli dəyərləridir.

Bütün dövrlərdə Azərbaycanda bütün xalqlar mehribanlıq şəraitində yaşayıblar və Azərbaycan dövləti, müstəqil Azərbaycan dövləti bundan sonra da ölkəmizdə bu gözəl ənənələri yaşatmaq üçün əlindən gələni edəcəkdir. Onu da demək istəyirəm, baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, Təzəpir məscid kompleksinin yenidən qurulması üçün vəsait dövlət tərəfindən ayrılıbdır. Bir il bundan əvvəl əsaslı təmirdən və genişləndirmə işlərinin aparılmasından sonra yenidən istifadəyə verilmiş Bibiheybət məscid-ziyarətgah kompleksinin qurulmasına yenə də Azərbaycan dövləti eyni qaydada vəsait ayırmışdı. Əjdərbəy məscidinin yenidən qurulması üçün yenə Azərbaycan dövləti, Azərbaycan hökuməti vəsait ayırmışdı. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan öz dini və milli ənənələrinə çox sadiqdir, İslam dinini yaşatmaq, İslam həmrəyliyini genişləndirmək üçün əlindən gələni edir. Biz bunu etməliyik və edəcəyik. İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir, həmrəylik dinidir.

Əfsuslar olsun ki, bəzi hallarda bəzi yerlərdə İslam dini haqqında qəsdən yalan məlumatlar ortaya çıxarılır. İslamafobiya bir siyasət kimi aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bununla bərabər, bəzi hallarda bu sözlərin arxasında dini ayrı-seçkilik meyilləri də görsənir. Biz bunu rədd edirik. İslam dininə qarşı aparılan kampaniyanı rədd edirik. Əsassız ittihamları rədd edirik.

Bir daha demək istəyirəm ki, İslam dini dostluq dinidir və biz elə etməliyik ki, öz dəyərlərimizi dünyaya təqdim edək, təbliğ edək, real vəziyyəti dünya birliyinə çatdıraq. Bunu etmək üçün mütləq bütün İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlıq aparılmalıdır. Azərbaycan öz tərəfindən bunu edir və baxmayaraq ki, biz gənc müstəqil ölkəyik, - Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa edib, - İslam həmrəyliyinin bərqərar olması üçün öz töhfəmizi veririk.

Azərbaycan bu barədə öz sözünü müxtəlif tədbirlərdə demişdir. İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanda çoxsaylı mötəbər tədbirlər keçirilmişdir. İslam Konfransı Təşkilatında həmrəyliyin və əməkdaşlığın dərinləşməsi üçün Azərbaycan dövləti öz siyasətini aparır və yəqin təsadüfi deyildir ki, gənc müstəqil Azərbaycan dövləti bütün İslam aləmində böyük hörmət qazana bilmişdir. Əgər belə olmasaydı İslam aləmi Azərbaycan dövlətinin paytaxtı Bakı şəhərini İslam dünyasının mədəni paytaxtı kimi seçməzdi. Biz bu adı böyük qürur hissi ilə daşıyırıq. Bu münasibətlə Azərbaycanda bir neçə ay bundan əvvəl böyük mərasim keçirilmişdir və Bakı bu gün bütün İslam dünyasının mədəni paytaxtıdır. Biz bundan sonra da öz addımlarımızla, həm siyasi addımlarımızla, eyni zamanda Azərbaycanda dini icmaların birgə fəaliyyəti nəticəsində bu məsələlərin həllinə daha da böyük diqqət göstərəcəyik.

Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmamışdır, yoxdur və olmayacaqdır. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə bilər.

Bir daha demək istəyirəm ki, biz öz siyasətimizi və öz gələcəyimizi möhkəm tarixi, mədəni, milli və dini əsaslar üzərində qururuq. Ancaq, eyni zamanda, Azərbaycanda yaşayan bütün başqa dinlərin nümayəndələri də özlərini rahat hiss edirlər. Biz dərin mədəniyyətə malik olan bir xalqıq və bununla haqlı olaraq qürur hissi keçiririk. Bizim çox dərin ənənələrimiz vardır. Ancaq bununla bərabər dünyəvi ölkə olaraq biz irəliyə doğru gedirik. Biz Azərbaycanda müasirliyin və ənənələrin sintezini görürük və yəqin ki, bu amil ölkəmizin ümumi uğurlu inkişafında öz rolunu oynamışdır.

Azərbaycan son illər çox sürətlə inkişaf edir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir. Siyasi müstəvidə Azərbaycan bölgədə özünəlayiq yerini tuta bilmişdir. Beynəlxalq təşkilatlarda ölkəmiz böyük hörmətə malikdir. Azərbaycanda aparılan iqtisadi islahatlar onu göstərir ki, ölkəmiz iqtisadi artım templərinə görə son beş il ərzində dünya çapında birinci yerdədir. Azərbaycanda yaşanan iqtisadi inkişaf və iqtisadiyyatın artımı heç bir başqa ölkədə bu vaxta qədər müşahidə olunmamışdır. Ölkə qarşısında duran sosial məsələlərin həlli, iqtisadi islahatların dərinləşməsi, bölgədəki mövqelərimizin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilibdir. Əgər Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi olmasaydı, bütün bunları əldə etmək mümkün olmazdı. Azərbaycanda bu gün diskussiyalar aparılır və bu da təbiidir. Ancaq bir məsələyə bütün Azərbaycan xalqı yekdil mövqedən yanaşır. O da ondan ibarətdir ki, ölkəmiz necə inkişaf etməlidir, hansı yolu tutmalıdır, hansı addımlarla irəliyə getməlidir. Azərbaycan xalqında bu məsələlərlə bağlı, bu mövzularla bağlı heç bir fikir ayrılığı yoxdur. Biz möhkəm milli və dini əsaslar üzərində irəliyə gedirik, gələcəyə gedirik, müasirliyə gedirik.

Bu gün bu gözəl mərasimdə bizimlə bərabər hörmətli şeyx həzrətlərinin dəvəti ilə qonşu bölgələrdən gələn müsəlman qardaşlarımız da iştirak edirlər. Mən onların Azərbaycana gəlişini çox alqışlayıram, onları səmimiyyətlə salamlayıram. Müsəlman ölkələrini və Şimali Qafqaz respublikalarını təmsil edən nümayəndələrin iştirakı əlbəttə ki, bu mərasimə əlavə əhəmiyyət verir. Bu münasibətlə demək istərdim, biz hamımız çalışırıq və çalışmalıyıq ki, bütün Qafqazda sülh tam bərqərar olunsun. Çünki Qafqaz, - mən bunu dəfələrlə demişəm, - vahid orqanizmdir. Cənubi Qafqaz ölkələri müstəqil dövlətlərdir, Şimali Qafqaz respublikaları Rusiya dövləti tərkibində fəaliyyət göstərirlər. Ancaq bu coğrafi ərazi, eyni zamanda, təkcə coğrafi ərazi deyil. Qafqaz xalqları bir-birinə çox bağlıdır, çox yaxındır və biz çox istəyirik ki, bütün Qafqazda sülh bərqərar olunsun. Müharibələrə, qarşıdurmalara son qoyulsun və nəhayət, uzun illər ərzində, onilliklər, əsrlər ərzində Qafqazda yaşayan insanların əziyyətinə son qoyulsun. Hər halda Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni icra edir.

Eyni zamanda, onu da demək istəyirəm ki, Cənubi Qafqazda münaqişələrin mövcudluğu bizim ümumi inkişafımıza böyük maneədir, böyük təhlükədir. Təkcə bizim üçün yox, bütün bölgə üçün böyük təhlükədir. Bu təhlükələrin içində ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Atəşkəs rejimindən sonra 15 ildir ki, məsələ öz həllini tapmır.

Azərbaycanın əzəli torpaqları işğal altındadır. 20 faiz torpaqlarımız işğal altındadır. Bu etnik təmizləmə siyasətindən əziyyət çəkən 1 milyon vətəndaşımız qaçqın, köçkün şəraitində yaşayır. İşğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən hər şey dağıdılıbdır. Bütün binalar, evlər, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıbdır. Buna son qoyulmalıdır və bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Bu normalar hamıya bəllidir və dünyanın ən birinci beynəlxalq təşkilatı olan BMT və onun Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi buna məhəl qoymur. ATƏT, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar ədalətli mövqe tuturlar. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır və ondan sonra sülh sazişi imzalana bilər.

Mən tam əminəm ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi tezliklə öz həllini taparsa, bu nəticənin müsbət təsirini biz bütövlükdə Qafqazda görə bilərik. Çünki bir daha demək istəyirəm ki, Qafqaz vahid orqanizmdir. Azərbaycan həm Xəzər ölkəsidir, həm Qafqaz ölkəsidir. Rusiya həm Xəzər ölkəsidir, həm Qafqaz ölkəsidir. Bu gün Rusiyanı təmsil edən nümayəndələr bizim qonaqlarımızdır. Yaxşı bilirlər ki, bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında çox vacib sazişlər imzalandı. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı bütün Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır və oynayacaqdır. Bizim digər qonşularımızla münasibətlər də eyni qaydada qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq və qarşılıqlı etimad prinsipləri əsasında qurulur və dövlətlərarası münasibətlər gələcəkdə də, yalnız bu çərçivədə davam etdirilməlidir.

Mən bir daha bugünkü gözəl tədbirdə olmağımdan çox məmnunam. Mən Təzəpir məscidinin yenidən qurulması və təmir işlərinin aparılması ilə vaxtaşırı maraqlanmışam, gəlmişəm, özüm görmüşəm, bəzi hallarda müəyyən tövsiyələrimi də vermişəm və çox şadam ki, Bakının mərkəzində, ölkəmiz üçün, xalqımız üçün tarixi olan bir yerdə gözəl, müasir kompleks yaradılıbdır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümumilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

ADA Universitetində dəyirmi masa: Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir VİDEO

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB VİDEO

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO