CƏMİYYƏT
Tibbi ictimaiyyətin nümayəndələri görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 94 il keçir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan oftalmologiya məktəbinin görkəmli nümayəndəsinin anadan olmasının növbəti ildönümünə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfransın iştirakçıları, tibbi ictimaiyyətin nümayəndələri və elm xadimləri bu gün, aprelin 28-də Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı üzərinə tər çiçəklər qoyublar.
Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.