DÜNYA
“Titanik”in xilas olması üçün 30 saniyə çatmamışdır
Bakı, 8 dekabr (AZƏRTAC). “Zabit çeviklik göstərsəydi “Titanik” xilas ola bilərdi.”- Amerikalı tarixçi-mühəndis Semuel Hellerin rəhbərlik etdiyi tədqiqat qrupu bu qənaətə gəlmişdir.
AZƏRTAC xəbər verir ki, zabit Uilyam Merdokun 30 saniyə ərzində aysberqə baxıb nə edəcəyini düşünməsi 1,5 min insanın həyatını itirməsilə nəticələnmişdir. Hellerin tədqiqatı 1912-ci ilin aprelində İngiltərənin Sauthempton limanından Nyu-Yorka hərəkət edən “Titanik”ın sağ qalan ekipaj üzvlərinin ifadələrinə əsaslanmışdır.
Son texniki məlumatlara görə “Titanik” manevr etməyə toqquşmadan 20 saniyə əvvəl başlayıbmış. Həmçinin xəbərdarlıq vaxtı aysberqin gəmidən 700 metr aralıda oldugu muəyyən edilmişdir. Buna görə də gəminin məhvində zabitin 30 saniyəlik ləngiməsi həlledici amil olmuşdur.
Tədqiqatçılar, Ceyms Kameronun çəkdiyi “Titanik” filmindəki kimi, zabitin ozünü güllələmədiyini, gəmidə batdığını qeyd etmişlər.