Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tomas Qolts: Məni Azərbaycana bağlayan dostluq əlaqələridir VİDEO

Tomas Qolts: Məni Azərbaycana bağlayan dostluq əlaqələridir VİDEO

Bakı, 30 oktyabr, Elvin Mövsümov, AZƏRTAC

ANS-in dəvəti ilə Bakıda səfərdə olan tanınmış amerikalı jurnalist, “Azərbaycan gündəliyi” kitabının, “Qarabağ” futbol klubu haqqında filmin müəllifi, professor Tomas Qolts Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müəllifi olduğu film və s. məsələlər barədə AZƏRTAC-ın müxbirinə müsahibə verib.

-AZƏRTAC-a müsahibə verməyə razı olduğunuza görə Sizə təşəkkür edirik. Azərbaycanın yaxın dostu kimi Siz ölkəmizlə bağlı həqiqətləri dərindən araşdırır və dünyada təbliğ edirsiniz. Ümumiyyətlə, Azərbaycana maraq Sizdə nə vaxtdan yaranıb? Bu barədə fikirləriniz bizim üçün maraqlıdır.

-Bu, uzun hekayədir. Mənim bir kitabım var - “Azerbaijan Diary”. İnşallah, noyabr ayında Azərbaycan dilində “Azərbaycan gündəliyi” adı ilə çapdan çıxacaq və təqdimatını keçirəcəyik. Mən bu suala o kitab ilə cavab verəcəyəm.

Amma qısaca, demək istəyirəm ki, hər şey təsadüfən baş verdi. Mən 1991-ci ildə aldığım dəvətlə əlaqədar Özbəkistanın paytaxtı Daşkəndə gedirdim. Yolum Azərbaycandan düşdü. Bu, planlaşdırılmamışdı və tamamilə təsadüfi idi. Beləliklə, həmin ilin iyulunda - sovet dövründə Bakıya gəldim. Dörd gün bu şəhərdə qaldıqdan sonra Daşkəndə gedəcəkdim. Yenə də təsadüf nəticəsində iki həftə burada qalmalı oldum. Sadəcə Bakıda qalmadıq, Gəncəyə, Murova getdim. Düzdür, bəzi vəzifəli şəxslər icazə vermək istəmədilər. Amma mən getməkdə israrlı idim. O vaxt cənub qatarı var idi və ta Naxçıvana qədər gedirdi. İlk dəfə o qatarla Naxçıvana qədər getdim və mərhum Prezident Heydər Əliyev ilə tanış oldum. Bu, 1991-ci ilin yayında baş verdi.

Sovet İttifaqı dağılanda biz Daşkənddə idik. Mən Daşkənd Universitetində professor kimi çalışmalı idim. Amma baş verən hadisələr o qədər maraqlı idi ki, mən bunları qələmə almağa başladım. Həmin vaxtlar Azərbaycanda da mühüm proseslər gedirdi. Həmin vaxt Azərbaycan və türk dillərində danışan xarici mütəxəssis və ya müxbir demək olar ki, yox idi. Ona görə də mən yenidən Bakıya qayıtdım. Mən burada təxminən iki həftə, uzağı bir ay qalmağı düşünürdüm. Lakin sonra daha qaynar hadisələr cərəyan etməyə başladı, hərbi əməliyyatlar qızışdı və s. Ona görə düz bir il Azərbaycanda qaldım. Ondan sonra iki həftəlik Gürcüstana getdim. Sonra daha bir il Azərbaycanda qaldım. Düzdür, arada Türkiyəyə, İrana qısa səyahətlərim olsa da, 1992-1995-ci illərdə çox vaxt Azərbaycanda oldum.

-Siz həm də Amerika ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı qətliamı ilə bağlı məlumatları çatdıran ilk jurnalistlərdən birisiniz və bu münaqişə ilə bağlı ABŞ-da keçirilən tədbirlərdə fəal iştirak edirsiniz. Sizcə, Amerika ictimaiyyəti tədqiqi ilə məşğul olduğunuz bu problemlər barədə nə dərəcədə məlumatlıdır? Fikrinizcə, Azərbaycan həqiqətləri barədə Amerika ictimaiyyətini daha geniş məlumatlandırmaq üçün hansı addımlar atılmalıdır?

-Mən bu məlumatları Amerika əhalisinə çatdırmaq üçün çox səy göstərdim. Amma bu, çox çətin idi. Çünki erməni diasporu məni yalançı kimi qələmə verməyə çalışaraq çox böyük təzyiqlər göstərirdi. Lakin mən bu məlumatları çatdırmağı özümə bir borc hesab etdiyim üçün həmin təzyiqlərə dözdüm.

Təəssüf ki, ümumiyyətlə, ABŞ ictimaiyyəti Azərbaycan haqqında kifayət qədər məlumatlı deyil. Azərbaycan ilə bağlı məlumatlılığı artırmaq heç də asan iş deyil. Lakin biz bu istiqamətdə təşəbbüs içindəyik. Məsələn, Amerikada Azərbaycan musiqisi ilə məşğul olan dostum var - Cefri Verbok. Yəqin ki, siz tanıyırsınız. O, Azərbaycan musiqisinin təbliği ilə uzun müddətdir məşğul olur, universitetlərdə master-klaslar verir və s. Buna görə də ABŞ-da Azərbaycanın imici müəyyən mənada muğam ilə bağlıdır.

Mən bu işdə Azərbaycan xalçalarının əhəmiyyətini də qeyd etmək istərdim. Bir dəfə dostum Cefri ilə bir xalça mağazasına daxil olduq. Gördüm ki, mağazanın üstündə “Qafqaz xalçası” sözü yazılıb. Amma bilirdim ki, “Qafqaz xalçası” ifadəsi yoxdur. Xalçaların hazırlandığı məktəblər var. Özü də bu mağazadakı məhsulların hamısı Azərbaycan xalçaları idi. Cefri ilə gedib mağazanın sahibi ilə görüşdük, izah etdik ki, bunlar Azərbaycanda mövcud olan Şirvan, Qarabağ, Quba və s. xalçaçılıq məktəblərinin məhsullarıdır. Biz mağazanın adının dəyişdirilib “Azərbaycan xalçası” yazılmasını təkid etdik.

Azərbaycan barədə Amerika ictimaiyyətinin məlumatlandırılması prosesi ildən-ilə genişlənir. Ancaq səylər daha da artırılmalıdır.

-Siz “Qarabağ” futbol klubu ilə bağlı film də hazırlamısınız. Filmdə qeyd edilir ki, bu komanda əzəli Azərbaycan torpağı Qarabağın adını daşıyır. Amma bu klubun təmsil etdiyi Ağdam şəhəri 23 ildir ki, işğal altındadır. Dünyada komandası olmayan minlərlə şəhər var. Amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır, onlardan biri də “Qarabağ”dır. Necə fikirləşirsiniz, bu həqiqəti dünya ictimaiyyəti yetərincə bilirmi?

-Bilirsiniz, şəhərsiz komanda olmaq çox az rast gəlinən haldır. Bu mövzuda söhbət gedəndə ilk növbədə, yada Ağdamın “Qarabağ” komandası düşür. Ondan sonra yəqin ki, Cənubi Kiprdə “Famaqusta” komandasıdır. Ancaq Kiprdə artıq sülh prosesi başladı və həmin komanda artıq öz şəhərində çıxış edə bilər. Artıq onların seçim imkanı var.

Üçüncü istisna Dnepropetrovsk şəhərinin “Dnepr” komandasıdır. Ancaq futbolçular o şəhərdə oynaya bilərdilər. Sadəcə bir az təhlükəli olduğu üçün Lvovu seçdilər və indi bu şəhərdə oynayırlar. Yəni, “Dnepr”i tam qaçqın komanda adlandırmaq düzgün olmaz. Ancaq keçən il Avropa mətbuatı guya onları bir qaçqın komanda kimi təqdim edirdilər. Mən buna çox qəzəblənirdim. Çünki mənim komandam - “Qarabağ” futbol klubu 23 ildir qaçqın olaraq çıxış edir və heç kim bu məsələni bircə dəfə də vurğulamaq istəmir. Ona görə bu filmi hazırladım ki, bu informasiyanı, bu amili dünyaya çatdırım. Hazırda bu prosesin içindəyəm, uğur qazanacağımı isə zaman göstərəcək.

Mən əslində “Qarabağ” komandası haqqında filmin hazırlanması ilə daha əvvəl məşğul olmağa başladım. Ancaq təsadüfən, “Qarabağ” komandası “Dnepr” ilə oynadı və beləliklə, bu, işləri daha da sürətləndirdi.

Onu da deyim ki, bu filmi hazırlayana qədər mənim futbolla bağlı məlumatım çox az idi. Təsadüfən hollandiyalı bloger Artur Huizinga ilə tanış oldum. O, Ağdamın “Qarabağ” komandası ilə illərdir maraqlanır və hətta bu barədə kitab da yazıb. Günlərin birində Artur Huizinga Ağdam şəhəri, Qarabağ müharibəsi ilə əlaqədar daha çox siyasi informasiya almaq üçün mənə müraciət etdi. Mən mümkün olduğu qədər ona kömək etdim və bildirdim ki, futbol haqqında, “Qarabağ” komandası barədə məlumatım yoxdur və bu barədə sizə kömək edə bilməyəcəyəm. Sonra gördüm ki, “Qarabağ” futbol komandası avroliqada oynamağa başladı. Mən həmin hollandiyalı ilə əlaqə saxladım. Dedim ki, Artur, yəqin sən mütləq izləyirsən, bu komanda Avropa Liqasında çıxış edir. O bildirdi ki, yeni ailə qurduğu üçün vaxtı yoxdur. Fikirləşdim ki, yaxşı, bəs bu filmi kim işləyəcək?! Sonra aynaya baxdım və dedim: “Sən bunu etməyə məcbursan”. Bu macəra, bu hadisə, bu “Odisseya” belə yarandı.

Beləliklə, bir il futbolu öyrənməyə başladım və bu oyuna məndə xüsusi maraq yarandı. Mən artıq “Qarabağ” futbol komandasının azarkeşinə çevrildim, hətta kluba üzv oldum. Komandanın rəhbərliyi mənə forma da verib və onun üzərindəki rəqəm təbii ki, “02”dir. Çox maraqlı bir hekayədir, elə deyilmi?

Bu filmin hazırlanmasında mənə kömək göstərən adamlara təşəkkür edirəm və onların sayı çoxdur. Mən başda klub rəhbərliyinə - Tahir Gözələ, Qaçqınkomun sədri Əli Həsənova, Quzanlıda, Bakıda və digər bölgələrdə yaşayan qaçqın dostlarıma və başqalarına təşəkkür edirəm. Qısaca olaraq onu demək istəyirəm ki, bu, təkcə mənim filmim deyil, bizim filmimizdir.

Film artıq hazırdır, təqdimatlarını da keçirdik. Hətta iki həftə əvvəl Monakoda mükafat da aldı. Filmi digər festivallara da göndərdik.

-Siz Azərbaycanın tarixi ilə yanaşı, onun Avropanın enerji təhlükəsizliyində oynadığı rolun da təbliğində fəal iştirak edirsiniz. Sizin rəhbərliyinizlə motosikletçilər qrupu Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin keçəcəyi marşrutu ilk dəfə qət etmişdi. Siz həmin motosikleti sonradan SOCAR-a hədiyyə etdiniz. “Neft Odisseyası” layihəsi barədə təəssüratlarınızı bilmək maraqlı olardı?

-Bilirsiniz, o, çox qəribə bir hadisə idi. Çünki o vaxt çoxları Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşacağına inanmırdı. Ona görə də mərhum Prezident və köhnə dostum Heydər Əliyev bu layihənin daha çox siyasi əhəmiyyətini diqqətə çatdırmaq istəyirdi. Odur ki, “Neft Odisseyası” layihəsini fikirləşdim və niyyətimi mərhum Prezidentə bildirdim. Bu böyük insanda həm də incə yumor hissi var idi. O, bu layihəni çox bəyəndi və bizə şərait yaratdı. Biz on nəfər “Ural” markalı köhnə motosikletlərlə 12-13 günlük yürüşü həyata keçirərək macəra yaşamaqla bərabər, tarix yazdıq. Biz bir çəllək Azərbaycan neftini rəmzi olaraq Bakıdan Ceyhan limanına çatdırdıq. Düşünürəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasında cüzi də olsa mənim də payım var.

-Azərbaycan dilində gözəl danışırsınız. Həmçinin bir neçə dil bilirsiniz. Ölkəmizi yaxından tanıyan insan kimi, Azərbaycanda Sizi özünə ən çox nə bağlayıb? Amerikada və digər ölkələrdə Sizdən Azərbaycan haqqında soruşanda ilk olaraq ölkəmizin hansı xüsusiyyətini qeyd edirsiniz?

-Mənim cəbhədə döyüşən insanlar, qaçqınlar arasında çoxlu köhnə dostlarım var. Hər dəfə Azərbaycana gələndə Montanadan dondurulmuş halda maral əti gətirirəm və sadə bir kafe seçib veteran dostlarımla əyləşib süfrə açır, xatirələrimizi bölüşürük. Yəni, Azərbaycanda dostlarım çoxdur. Məni sizin ölkəyə bağlayan da bu dostluq əlaqələridir.

-Azərbaycana səfərləriniz zamanı keçirdiyiniz görüşlər, ABŞ-da təşkil olunan tədbirlərdə ölkəmizlə bağlı çıxışlarınız barədə informasiyaları AZƏRTAC həvəslə tirajlayır. Bəs, Siz necə, bizim agentliyin xəbərlərini oxuyursunuzmu?

-Əlbəttə, hər gün olmasa da oxuyuram. Mən hər gün yuxudan duranda kofe hazırlayıb, sonra internetə qoşuluram. Əvvəlcə olaraq elektron poçtuma, sonra isə “Facebook”a baxıram. Qarabağdan, Ağdamdan olan dostlarımın yeniliklər barədə Azərbaycan dilində yazdıqları məlumatları gözdən keçirir, “New York Times”a, Türkiyədə “Hürriyət”ə baxıram. Sonra isə Azərbaycan mətbuatında, xüsusən AZƏRTAC-da yayılan xəbərləri oxuyuram.

-Maraqlı söhbətə görə sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

-Sağ olun, mən də sizə uğurlar arzulayıram.

Tomas Qolts: Məni Azərbaycana bağlayan dostluq əlaqələridir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Səbaildə obyektdə yanğın baş verib

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub