Azərbaycan Dövlət İnformasiya Agentliyi

“TORPAQ BAZARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ”
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N7, maddə 390; 2002-ci il, N5, maddə 241; 2003-cü il, N1 maddələr 11, 13; 2006-cı il, N6, maddə 478, N8, maddə 657; 2007-ci il, N1, maddə 3) 4-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında "girov haqqında" sözləri "ipoteka haqqında" sözləri ilə, "girov (ipoteka)" sözləri "ipoteka" sözü ilə əvəz edilsin.
 
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 22 may 2007-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin