Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyanedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bildiyiniz kimi, “Total” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə əməkdaşlıq edərək Azərbaycanın neft və qaz sənayesinin uzunmüddətli inkişafına töhfə vermək niyyətindədir.

Bu xoş imkandan istifadə edərək, “Total” Şirkətlər Qrupu adından və şəxsən öz adımdan yeni prezidentlik dönəmində Sizə uğurlar arzulayıram.

Hörmətlə,

 

Patrik Puyane

“Total” Şirkətlər Qrupu İdarə Heyətinin

sədri, baş icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin