Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsidən

Zati-aliləri,

Milli bayramınız- Respublika Günü münasibətilə Zati-alinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və inkişaf arzulayıram.

Sizinlə daha yaxından əməkdaşlıq etmək, ikitərəfli əlaqələri gücləndirmək və iki dost arasında qarşılıqlı faydaya əsaslanan mübadiləni daha da genişləndirmək istəyimi bildirirəm.

Zati-aliləri, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Beji Kaid əs-Sebsi

Tunis Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin